Icma.az
close
up
RU
Qarabağ ın ÇL də pley offa yüksəlmək şansı böyükdür Rəqəmlər yalan danışmır

Qarabağ ın ÇL də pley offa yüksəlmək şansı böyükdür Rəqəmlər yalan danışmır

Fanat saytına istinadən Icma.az xəbər verir.

Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

UEFA Çempionlar Liqasının əsas mərhələsində sərgilədiyi çıxış və qazandığı nəticələrlə adından söz etdirən "Qarabağ" bu turnirdə son oyununu Neapolda son İtaliya çempionu "Napoli"yə qarşı keçirdi və 0:2 hesabı ilə uduzdu. Şübhəsiz, hazırda 7 xalı olan və pley-offa yüksəlmək şansını saxlayan "köhlənlər"in "Dieqo Armando Maradona" stadionunda reallaşan qarşılaşmadan da xalla ayrılmasını hamımız arzulayırdıq. Amma ÇL elə bir yarışdır ki, burada hər matçda nəticə əldə etmək müşkül məsələdir. Öncəki turda Bakıda "Qarabağ"la 2:2 hesablı bərabərliyə razılaşan "Çelsi"nin qonağı olan "Barselona" Kataloniyaya 0:3 hesablı yenilgi ilə qayıdıbsa, əlavə şərhə əlyeri qalmır. Yəni Azərbaycan çempionunun Neapolda uduzması hələ heç nə demək deyil və təmsilçimizi qarşıda daha 3 oyun gözləyir ki, bu da mümkün 9 xal anlamındadır.

"Qarabağ" "24-lük"də yerini qoruyur

Ağdam təmsilçisi hazırda pley-offda iştirak edəcək 24 komanda arasındadır. Yekunda ilk 8 pillədə mövqe tutacaq iştirakçılar adlarını birbaşa 1/8 finala yazdıracaqlarsa, aşağıdakı 16 kollektiv öz aralarında daha 8 güclünü müəyyənləşdirəcəklər. Maraqlıdır ki, "Qarabağ"la uyğun olaraq 6-cı və 7-ci turlarda Bakıda qarşılaşacaq "Ayaks"la "Ayntraxt" "24-lük"dən kənarda qalıblar. Təmsilçimizin sonuncu rəqibi - dünya nəhəngi "Liverpul" isə 13-cü sıradadır. 

Ötən mövsüm 11 xal bəs etmişdi

Hə, indidən yekun vəziyyətin necə olacağını dəqiqliklə təsvir etmək daha çox münəccimlik cəhdinə bənzəyər. Lakin bu da var ki, ötən mövsüm sonda hərəyə 11 xal toplayan 3 komanda - "Mançester Siti", "Sportinq" və "Brügge" pley-offda mübarizə aparmaq hüququ qazanmışdılar. Böyük ehtimalla, bu dəfə də 11 xal "xoşbəxtlər" arasında olmağa kifayət edəcək. Deməli, qalan 3 oyunda 4 xal toplayacaqları təqdirdə, "köhlənlər" də arzularına çata bilərlər. Riyazi təfəkkürlə yanaşsaq, 5 oyuna mümkün 15 xaldan təxminən yarısını - 7 xal toplamış Azərbaycan çempionu qalan 3 görüşdən də azı 4 xal yığmağa qadirdir. Doğrudur, futbolda yalnız riyazi hesablamalarla hədəfə çatmaq olmur, ancaq rəqəmlər adətən yalan danışmırlar.  

"Ayaks" o "Ayaks" olmasa da...

Niderlandın ən məhşur klubunun durumu göz önündədir. "Qarabağ"la dekabrın 10-da Tofiq Bəhramov adına Respublika stadionunda qarşılaşacaq Amsterdam təmsilçisi yaxşı günlərini yaşamır. Paytaxt klubu ÇL-də xal qazana bilməyən yeganə iştirakçıdırsa, Eredivizyadakı vəziyyət də o qədər də ürəkaçan deyil. 13 oyuna 20 xal toplayan "Ayaks" Niderland çempionatının turnir cədvəlində 20 xalla 5-ci pillədə qərarlaşıb. Şübhəsiz, bu, sözügedən kollektiv adına arzulanmayan mənzərədir. Bir sözlə, indiki "Ayaks" o "Ayaks" deyil. Hərçənd məşqçi qismində işinin öhdəsindən gələ bilməyən Con Heytinqa artıq postundan uzaqlaşdırılıb. "Qarabağ"ın rəqibinə yeni çalışdırıcı təyinatına qədər müvəqqəti olaraq Fred Qrim rəhbərlik edir. Bəli, hətta ən uğursuz dönəmində belə, "Ayaks"ı "asan yem" statusu isə dəyərləndirmək absurddur. "Qarabağ" niderlandlıları böyük zəhmət bahasına və özünün ən yaxşı versiyası kimi mücadilə edəcəyi təqdirdə, yenə və daha 3 xal qazana bilər. 

"Ayntraxt" "div" deyil

"Qarabağ" 7-ci və 8-ci turların oyunlarına gələn ilin yanvarında çıxacaq. "Ayaks"ı yenmək mümkün olsa, yeni ilin ilk ayının 21-də Bakıda reallaşacaq qarşılaşma - "Ayntraxt"la matç inanılmaz dərəcədə əhəmiyyətli olacaq. Bundesliqa təmsilçisi orta səviyyəli Avropa klubudur. "Alman intizamı" təyini frankfurtlular üçün də keçərlidir. Başqa sözlə, nəinki Azərbaycan çempionunun, planetin heç bir komandasının bu rəqiblə oyun ərəfəsində əminliklə qələbədən danışması peşəkar yanaşma sayılmaz. Bununla belə, "Ayntraxt" "div" də deyil. "Çelsi"nin qələbə apara bilmədiyi Azərbaycanda istənilən komandanı üzməsi mümkündür. 

Tərəflərin yolları avrokuboklarda əvvəl də kəsişib. 2013-cü ildə UEFA Avropa Liqasının pley-off mərhələsində evdə "qartallar"a 0:2 hesabı ilə uduzan ağdamlılar qonaq qismində daha yaxşı təsir bağışlayıb - 1:2. Bu başqa məsələ ki, indki "Qarabağ" həmin vaxt Avropaya yeni-yeni ayaq açan "Qarabağ"dan azı 2 baş üstün komandadır. Maraqlıdır ki, ÇL-in turnir cədvəlində 4 xalla 28-ci yerdən boy göstərən "Ayntraxt" turnirdəki yeganə qələbəsini Türkiyə nəhəngi "Qalatasaray" üzərində qazanıb. Meydan sahibləri "sarı-qırmızılar"ı 5:1 hesablə darmadağınla məyus ediblər. 

Yuxarıda qeyd etdiyimiz kimi, lazım olan minimum daha 4 xal və iki ev oyununda bu nəticəyə nail olmaqdır. Düzdür, olduqca çətin missiyadır, lakin mümkünsüz deyil. Hətta mümkündür ki, təmsilçimiz "Ayaks"la qarşılaşmadan 1, "Aytraxt"la dueldən 3 xalla ayrıla və "Liverpul"la yanvarın 28-də "Enfild"də keçirəcəyi matça adını pley-offa yazdıraraq yollana bilər. 

Son söz əvəzi

ÇL-də mübarizə sona çatmamış son söz söyləməyə çalışdığımızı düşünməyin. Yazını yekunlaşdırmaq üçün belə bir yarımbaşlıqdan istifadə etməyi uyğun saydıq. Hələ nə pley-off xəyalları suya düşüb, nə də "Qarabağ"a olan inam azalıb. Şər deməsən, xeyir gəlməz. Lap Qurban Qurbanovun yetirmələri qarşıdakı 3 oyunun hamısında məğlub olsalar belə, təmsilçimizin bu mövsüm yazılan ən yeni tarix fonunda haqq etdiyi təriflər qüvvədə qalacaq. İndilik isə ən yaxşısına ümid edək. "Qarabağ" yalnız bir futbol komandası yox, şirin xəyalları reallığa çevirən qəhrəmandır. Bilmək olmaz, hələ ən yeni tarix "Enfild"də də yazıla bilər. 

Nihat Ağasoy

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub. 

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:205
embedMənbə:https://fanat.az
archiveBu xəbər 28 Noyabr 2025 19:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see330

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see322

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see313

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see272

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see269

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see254

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see249

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see248

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see236

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see234

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see214

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see212

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see211

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see206

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see195

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see194

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see184

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri