Qarabağ ın futbolçusu Çelsi ilə matç haqda: Hər şey mümkündür
Icma.az, Sportal.az portalına istinadən məlumatı açıqlayır.
"Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyev Sportal.az saytına açıqlama verib. Ağdam klubunun futbolçusu Misli Premyer Liqasının 10-cu turunda qarşılaşdıqları “İmişli”(2:0) ilə görüş haqda danışıb:
“Çox çətin oyun idi. “İmişli” ilk hissədə bizə çoxlu problem yaratdı. Yaxşı müdafiə olundular. Bunun baş verəcəyini bilirdik, çünki bu rəqibi təhlil etmişdi. Onlar “beşli” müdafiəçi ilə yaxşı oynayırlar. Fürsətimizi gözlədik, bundan yararlanmalı idik. İlk qoldan sonra daha asan olacağını bilirdik. Hər şey yaxşı başa çatdı".
“Qarabağ” 3 gündən sonra Çempionlar Liqasının 4-cü turu çərçivəsində “Çelsi” ilə qarşılaşacaq. Cəfərquliyev, İngiltərə klubuna qarşı keçiriləcək matçda komandasının şanslarından bəhs edib: "Çelsi” haqda çox danışılası bir şey yoxdur. Hamı onların nəyə qadir olduğunu yaxşı bilir. Biz bu görüşə hazırlaşacağıq. Oyun günü də meydanda əlimizdən gələni edəcəyik. Öz meydanımızda, azarkeşlərimizin qarşısında oynayırıq. Hər şey mümkündür. Sona qədər mübarizə aparacağıq".
Mirbağırağa
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 02 Noyabr 2025 15:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















