Qarabağ ın İnter lə oyunda qolunu saymayan hakim yenidən Bakıya gəlir
Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
10 il öncə "Qarabağ"ın qolunu saymayan hakim "Araz-Naxçıvan" - "Omoniya" matçında ədaləti qorumağa çalışacaq.
Oxu.Az xəbər verir ki, VAR hakiminin köməkçisi olacaq Miroslav Zelinka 2014/2015 mövsümündə Avropa Liqasının qrup mərhələsinin son tur matçında "Qarabağ"ın Tofiq Bəhramov adına Respublika stadionunda İtaliya "İnter"inə qarşı keçirdiyi oyunun baş hakimi olub.
O, axırıncı dəqiqələrdə Ağdam komandasının təmiz qolunu hesaba almayıb. Nəticədə Azərbaycan klubu qrupdan çıxa bilməyib.
Qeyd edək ki, avqustun 7-də "Liv Bona Dea Arena"da keçiriləcək "Araz-Naxçıvan" - "Omoniya" görüşü saat 20:00-da başlanacaq. Cavab görüşü avqustun 14-də Nikosiyadakı GSP stadionunda olacaq.

Qarabağ ın qolunu saymayan hakim yenidən Bakıya gəlir
01 Avqust 2025 16:09
Qarabağ ın rəqibi Bakıya darmadağınla gəlir
08 Avqust 2025 21:12
Qarabağ ın rəqibi Bakıya nə vaxt gəlir?
28 İyul 2025 12:08
Cüneyt Çakır Bakıya gəlir “Qarabağ” “Lion” oyunda...
26 Noyabr 2024 14:08
Fatih Terim “Qarabağ”ın dəvəti ilə Bakıya gəlir
14 Noyabr 2024 22:10

