Icma.az
close
up
RU
“Qarabağ ın Kopenhagen in tarixində ən güclü rəqiblərdəndir” Yakob Nestrup

“Qarabağ ın Kopenhagen in tarixində ən güclü rəqiblərdəndir” Yakob Nestrup

Qol.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Qarabağ" Çempionlar Liqasının əsas mərhələsinin 2-ci turu çərçivəsində "Kopenhagen"i 2:0 hesabı ilə məğlub edib.

QOL.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında Danimarka təmsilçisinin baş məşqçisi  Yakob Nestrup jurnalistlərin suallarını cavablandırıb:

- Gözlədiyiniz "Qarabağ"ı gördünüz?

- Biz əvvəldən "Qarabağ"ın güclü olduğunu bilirdik. Bizi çox çətin oyun gözləyirdi. Bunun da şahidi olduq. 50/50-ə oyun getdi. "Qarabağ" çox yüksək keyfiyyət nümayiş etdirdi. Birinci hissədə onlar mükəmməl vəziyyətdə idi. Biz oyuna zəif başladıq. Ona görə də 1-ci hissədə qol buraxdıq. Fasilədən sonra dəyişiklik oldu, aktivlik göstərdik. Təəssüf ki, 2-3 qol şansını dəyərləndirə bilmədik. İkinci hissədə rəqibdən bir az yaxşı idik. Bərabərliyə nail ola bilərdik. "Qarabağ" qələbəyə layiq idi.

- "Qarabağ"ın "Kopenhagen" tarixində ən güclü rəqiblərdən biri olduğu kimi dəyərləndirə bilərsiniz?

- Bəli, bəli. Təbii ki, bunu deyə bilərik. 2017-ci ildə də qarşılaşmışdıq, bu gün də oynadıq. Səfərdə uduzduq. Biz bütün rəqiblərə həmişə hörmət edirik. Çətin oyun idi. Bunu da gözləyirdik. "Qarabağ"ın da Avropa təcrübəsi var. Biz ÇL-də son 3 mövsümdə 3 dəfə oynamışıq. "Qarabağ"ın mükəmməl, yüksək texnikası olan oyunçuları var. Qurban Qurbanov da mükəmməl məşqçidir. Neçə illərdir ki, komandanın sükanı arxasındadır. Ona hörmətlə yanaşıram. "Qarabağ" bu gün mükəmməl vəziyyətdə olduğunu nümayiş etdirdi. Bundan sonrakı matçlarda da "Qarabağ"a uğurlar arzulayıram.

- Stadiondakı azarkeş dəstəyi məğlubiyyətinizə nə dərəcədə təsir etdi?

- Bu gün bizim məğlubiyyətimizin atmosferlə əlaqəsi yoxdur. Əvvəlki matçlarda da bu cür atmosferlərə bələdik. Enerjini hiss etdim. Başa düşdük ki, azarkeşlər "Qarabağ"la fəxr edirlər. 

- "Qarabağ" sürpriz uğurlu çıxışı ilə pley-off mərhələsində ola bilər?

- Sürprizlər ola bilər. İnkişaf vacibdir. Liqa mərhələsində çox oyunlar var. Hələ ki, hər kəs inanmalıdır. "Qarabağ" da bunu edə bilər. Biz də burada uduzsaq da, hər şeyin sonu demək deyil. Bundan sonrakı oyunlarda hər bir sürprizə hazır olmaq lazımdır (sportal.az)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://qol.az
archiveBu xəbər 01 Oktyabr 2025 23:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri