Qarabağ ın legioneri: Daha güclü qayıdacağıq
Sportal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Qarabağ”ın müdafiəçisi Bruno Lanqa Misli Premyer Liqasının 6-cı turunda "Şəfa" üzərində 1:0 hesablı qələbəni şərh edib.
Sportal.az xəbər verir ki, mozambikli futbolçu komandasının qalibiyyəti haqda bunları deyib:
“Şəfa”ya qarşı oyun çətin alındı. Belə bir komandaya qarşı oynamaq çətindir: onlar beş müdafiəçi ilə oynayırlar və bizim üçün belə rəqiblərlə qarşılaşmaq həmişə çətindir. Amma biz qalib gəldik. Xoşbəxtik və irəliləyirik. Düşünürəm ki, özünəinam qazanmaq və daha çox qol vurmaq üçün məşqləri davam etdirməliyik. Bunun üzərində işləməliyik və sonra qol vurmaq üçün daha çox şansımız olacaq.
Çempionatda fasilə yaranıb. Yaxşı komandamız və yaxşı məşqçimiz var. Bir az istirahətlə daha güclü qayıdacağıq. Fərqli əhval-ruhiyyə ilə qayıdıb mübarizəni davam etdirəcəyik. Çətin oyunlar bizi gözləyir, ona görə də əlimizdən gələni etməliyik. Bu, yaxşı istirahət və hazırlıq tələb edir. Azərbaycan Premyer Liqasının səviyyəsi yüksəkdir və burada qələbə qazanmaq asan deyil”.
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 22 Sentyabr 2026 10:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















