Qarabağ ın məşqçisi UEFA nın kursunda təlimatçı qismində iştirak etdi
Icma.az bildirir, Fanat saytına əsaslanaraq.
"Qarabağ"ın fiziki hazırlıq üzrə məşqçisi Çudomir Çakarov Şimali Makedoniya Futbol Federasiyasının təşkilatçılığı ilə Skopye şəhərində keçirilən UEFA-nın fitnes üzrə A kateqoriyalı məşqçi kursunda təlimatçı kimi iştirak edib.
Fanat.Az Ağdam təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, onun təlim keçdiyi seminara 15 ölkədən məşqçilər qatılıblar.
Mütəxəssis məşqçilərə təlimlər keçib, meydanda hazırlıq prosesini nümayiş etdirib. O, “Qarabağ”dakı iş prosesi ilə bağlı təqdimatla çıxış edib, sualları cavablandırıb. Kursa qatılan məşqçilər komandanın həftəlik hazırlıq tsikli və fiziki hazırlıq prosesi ilə yaxından maraqlanıblar, bu mövzuda fikir mübadilələri aparılıb.
Qeyd edək ki, ardıcıl 11 il avrokubokların əsas mərhələsində çıxış edən “Qarabağ” bir çox Avropa ölkələrində marağa səbəb olub. Müxtəlif ölkələrdən olan mütəxəssislər baş məşqçi Qurban Qurbanov və texniki heyətin iş prinsipləri ilə yaxından tanış olmaq üçün komandanın bazasında təcrübə keçiblər.
Qazaxıstan millisinin hazırkı baş məşqçisi Əli Əliyev və həmyerliləri İqor Soloşenko, Rinat Alyuetov, həmçinin Polşanın "Veçista" klubunun baş məşqçisi Dariuş Marzek, onun köməkçisi Yanusz Svierad və digər mütəxəssislər müxtəlif vaxtlarda komandanın hazırlıq prosesində iştirak ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 12 May 2025 20:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















