Qarabağ ın mühərrik inə elçi düşdülər Çempionlar Liqasının daimi iştirakçısı
Apasport saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Qarabağ"ın daha bir futbolçusu Avropa klublarının maraq dairəsinə düşüb.
Apasport.az saytının əldə etdiyi məlumata görə, Marko Yankoviç komandanı tərk edə bilər.
Onun xidmətində bir neçə Avropa klubu maraqlıdır.
Yarımmüdafiəçiyə Macarıstan, Xorvatiya və Polşa təmsilçilərindən ciddi təkliflər var. Monteneqrolunun keçidində Zaqreb "Dinamo"su da israrlıdır.
Futbolçunun özü də Xorvatiya nəhəngində oynamağa müsbət yanaşır. Lakin hələ ki, Zaqreb təmsilçisi "Qarabağ"a rəsmi təklif göndərməyib.
Ağdamlıların Yankoviç üçün yüksək məbləğ tələb etdiyi bildirilir. Klub onun transferindən 2-3 milyon avro qazanmaq niyyətindədir.
Qeyd edək ki, Marko 2022-ci ilin yayından "Qarabağ"ın şərəfini qoruyur. Onun Azərbaycan çempionu ilə müqavilə müddəti 2027-ci ilin yayına qədərdir.
Azərbaycan Kuboku: “Araz-Naxçıvan” “Qarabağ"la üz-üzə - YENİLƏNİR “Şəmkir” “Qusar”ı məğlub etdi ll Liqa: “Şahdağ Qusar”dan minimalhesablı qələbə “Araz-Saatlı”nın yeni baş məşqçisi müəyyənləşib - RƏSMİ Ramal Hüseynov: “Azərbaycan millisinin hazırkı durumu çox bərbad və utancvericidir”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 02 Aprel 2025 15:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















