Qarabağ ın Nyukasl la oyunöncəsi Neftçi matçı ertələnir? EKSKLÜZİV
Icma.az, Apasport portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Misli Premyer Liqasının XXI turunun "Neftçi" - "Qarabağ" matçının taleyi müəyyənləşib.
Apasport.az saytının əldə etdiyi məlumata görə, Ağdam klubu ötən gün oyunun təxirə salınması üçün PFL-ə müraciət edib.
Lakin reqlamentə əsasən, "Qarabağ"ın istəyinin baş tutması üçün hər iki klubun razılığı olmalıdır. Bu səbəbdən qurumdan "ağ-qaralar"a məktub ünvanlanıb.
"Neftçi" isə bu tələblə razılaşmayıb. Bakı təmsilçisi matçın təxirə salınmasına etiraz edib. Onlar görüşün qeyd olunan vaxtda keçirilməsinin tərəfdarı olublar.
Nəticədə matçın 21 fevral 19:00-da "Palms Sports Arena"da baş tutmasına qərar verilib.
Qeyd edək ki, Peşəkar Futbol Liqasının əsasnaməsinin 6-cı maddəsinin 2-ci bəndinə əsasən, Liqa mərhələsindən sonrakı pley-off mərhələlərində hər klubun bununla bağlı hər mərhələdə 1 dəfə müraciət etməsi mümkündür. Lakin bunun baş tutması üçün rəqib komandanın razılığı olmalıdır.
Dumana görə təxirə salınan matçın vaxtı bəlli olub Premyer Liqa: XX turun oyun cədvəli açıqlanıb Jeremi Qnali “Qarabağ”da "Zirə"nin legionerləri komandada qalacaq? - ÖZƏL "Sumqayıt" və "Araz-Naxçıvan"ın sabiq futbolçusu I Liqa klubunda
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:47
Bu xəbər 03 Fevral 2026 11:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















