Qarabağ ın qələbəsi Azərbaycanın qazancını artırdı
Qaynarinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Çempionlar Liqasında pley-off mərhələsinin ilk görüşləri start götürüb.
Ötən gecə baş tutan oyunlardan sonra ölkələrin UEFA reytinqi yenilənib.
Azərbaycan əmsallar cədvəlində xal ehtiyatını artıra bilib. Buna "Qarabağ"ın Çempionlar Liqasındakı uğurlu nəticəsi şərait yaradıb. Macarıstan "Ferentsvaroş"unu səfərdə 3:1 hesabı ilə məğlub edən Qurban Qurbanovun komandası ölkəmizin hesabına daha 0.250 əmsal əlavə edib.
Nəticədə cari mövsümdə qazanılan əmsal isə 2.375-ə yüksəlib. Hazırda ölkəmizin ümumi xal ehtiyatı 19.500-ə bərabərdir. Qitə sıralamasında 28-ci yerdə olan Azərbaycanın mövqeyi dünənki oyunlardan sonra dəyişməyib. Ən yaxın izləyicimiz Bolqarıstanın 18,375 xalı var. Bir pillə öndə - 27-ci yerdə qərarlaşmış Ukraynanın xal ehtiyatı isə 19,725-dir.
55 ölkənin yer aldığı əmsallar cədvəlinə İngiltərə (90.839) başçılıq edir. //Fanat.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 20 Avqust 2025 10:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















