Qarabağ ın rəqibi baş məşqçisi ilə yollarını ayırdı RƏSMİ
Icma.az, Sportal.az portalına istinadən məlumat yayır.
UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Qarabağ"ın rəqiblərindən olan "Ayaks" baş məşqçi Con Heytinqa ilə bağlı qərar verib.
Sportal.az xəbər verir ki, Amsterdam təmsilçisi niderlandlı mütəxəssislə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
41 yaşlı çalışdırıcı ilə 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Komanda ötən gün "Qalatasaray"a 0:3 hesabı ilə uduzub.
Con Heytinqa mövsümün əvvəlində paytaxt klubunun baş məşqçisi postuna təyin olunmuşdu.
Qeyd edək ki, "Qarabağ"ın "Ayaks"la oyunu dekabrın 10-da Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:Qarabağ ın rəqibi kapitanı ilə yollarını ayırdı RƏSMİ
03 Fevral 2026 16:01
Qarabağ onunla yollarını ayırdı RƏSMİ
05 Fevral 2025 16:01
“Qarabağ” Zubirlə yollarını ayırdı Rəsmi
16 Avqust 2026 13:17
Qarabağ hücumçusu ilə yollarını ayırdı RƏSMİ
10 İyul 2025 21:05
Qarabağ Medina ilə yollarını ayırdı RƏSMİ
17 İyun 2026 15:44
Baxış sayı:136
Bu xəbər 06 Noyabr 2025 20:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















