Qarabağ ın rəqibi olmuş klub peşəkar fəaliyyətini dayandıra bilər
Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.
Pley-offda ilk oyunda “Kudrovka”ya 2:1 hesabı ilə qalib gələn, cavab oyununda isə evdə 0:1 və penaltilər seriyasında 3:4 hesabı ilə məğlub olan “Vorskla” 29 ildən sonra Ukrayna yüksək liqasını tərk edib.
İdman.biz xəbər verir ki, Poltava təmsilçisi vaxtilə iki dəfə ölkə çempionatının bürünc mükafatçısı (1997, 2018) və Ukrayna kubokunun qalibi olub (2009), 2018/19 mövsümündə Avropa Liqasının qrupunda "Qarabağ"la qarşılaşıb (1:0, 0:1).
Ukraynalı jurnalist Vladimir Zverovun sözlərinə görə, maliyyə problemlərinə görə "Vorskla"nın rəhbərliyi hətta klubun peşəkar səviyyədə fəaliyyətini dayandırmağı düşünür. Düzdür, futbolçuların kütləvi satışı gözlənilir ki, bu da vəziyyəti bir qədər yaxşılaşdıra bilər.
Qeyd edək ki, "Vorskla" bu yaxınlarda üçüncü transfer qadağası alıb.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 03 İyun 2025 10:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















