Qarabağ ın U 15 komandası Türkiyədəki turnirdə bir gündə üç oyuna çıxacaq
Icma.az, Cbcsport portalına istinadən məlumatı açıqlayır.
Türkiyənin Antalya şəhərində keçiriləcək "Junior World Cup" turnirində iştirak edəcək "Qarabağ"ın U-15 komandası bir gündə 3 oyuna çıxacaq.
Bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Rauf Əliyevin yetirmələri B qrupunda yer alacaq. Aprelin 17-də "Titanic Football Center"də keçiriləcək qrup mərhələsində komanda 3 matça çıxacaq. “Qarabağ” saat 9:00-da “Fulhem”, 14:00-da “Qaziemir Gündoğan”, 18:00-da isə “Muratlı Yıldızspor”la görüşəcək.
Yarışda "Qarabağ"la yanaşı, daha bir neçə məşhur klub kubok uğrunda mübarizəyə qoşulacaq. Onların arasında “Fulhem” (İngiltərə), “Ştutqart” (Almaniya), “Rayo Valyekano” (İspaniya), “Srvena Zvezda” (Serbiya), “Lex” (Polşa), “Aspire Akademi” (Qətər) və “Dinamo” (Tbilisi, Gürcüstan) yer alıb.
"Qarabağ" səfərə 18 futbolçu ilə yollanacaq. Baş məşqçi Rauf Əliyevin rəhbərlik etdiyi komandada Cəfər Rəhmanov, Oktay Mehrəliyev, Yüzarsif Mehdiyev, Vaqif Nəbiyev, Roman Fərzəli, Arda Əzizli, İbrahim Sadıqlı, Davud Abdullayev, Xalid Hüseynov, Əhəd Hacızadə, Murad İsmayılov, Ömər Fətəliyev, Məhəmməd Məmmədov, Cavidan Əlizadə, Daniil Rəcəbov, Yunis İsmayılov, Samir Həsənov və Tunar Əsgərzadə yer alacaq.
Qeyd edək ki, "Junior World Cup"da 24 komanda mübarizə aparacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 16 Aprel 2025 17:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















