Qarabağ ın Xaric segah ı...
525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Muğamın belə bir vacib qaydası var - ifaya hansı pərdədə başlamısansa, sonda həmin tonallıqda (və ya məyədə) yekunlaşdırmalısan (Mövzu musiqi deyil, daha dəqiq də yazmaq olar).
Yəni muğam ifasına qapıdan daxil olub, pəncərədən çıxmaq olmaz.
Naşılıqdır.
“Qarabağ” 12 ardıcıl qrup mərhələsi - muğam dili ilə desək - dəstgahına “Tvente” ilə başlamışdı, “Tvente” ilə bitirdi.
Usta xanəndə kimi.
Başladığı pərdədə “ayaq elədi”.
Həmişə “Çahargah” üstündə gəzişmək olmaz, mütəmadi olaraq səni qələbəyə səsləyən, düşmən (və ya rəqib) üzərinə qəhrəmanlıqla şığımaq üçün ruh yüksəkliyi verən “Mənsuriyyə” oxuya bilməzsən.
Həyatın hər addımı “Rast” gətirməz.
Bunun həzin “Bayatı-Şiraz”ı da var, ürək dağlayan “Segah”ı da.
Futbol da həyat kimidir (və yəqin ki, buna görə də çox sevilir)...
...Bu gün “Qarabağ” “Segah” ladında idi...
Muğamın ən virtuoz ifa aləti tardır. 11 simi var.
“Qarabağ”ın 12 “qrup mövsümü”ndən bir ədəd əskik.
Bu ilin mayında - çempionluq itiriləndə - o simlərin kökdən düşdüyü “eşidildi”.
Bu gün “sarı sim” qırıldı.
Amma usta ifaçının əlində tarı kökləmək də, qırılan simi bərpa eləmək də çətin iş deyil.
...Bəli, “Qarabağ” bu gün “Segah” ladında idi.
“Xaric segah” “oxudu”.
Qrup xaricində qaldı.
“Xaric segah”ın bir adı da var.
“Yetim segah”.
“Qarabağ”ın bu günü ilə daha çox səsləşə(i)r.
Məğlubiyyət həmişə yetimdir...
Firuz Abdulla
Yazı müəllifin feysbuk səhifəsindən götürülüb
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 28 Avqust 2026 13:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















