Icma.az
close
up
RU
Qarabağ ın yeni sınağı: Napoli dən xal almaq mümkün olacaq?

Qarabağ ın yeni sınağı: Napoli dən xal almaq mümkün olacaq?

Baku.ws saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində növbəti qarşılaşma Azərbaycan çempionu "Qarabağ" üçün ciddi sınaq olacaq.

BAKU.WS-in məlumtına görə, Ağdam təmsilçisi 25 noyabrda İtaliyanın nəhəng klubu "Napoli"nin qonağı olacaq.

Oyun Neapolun məşhur "Stadio Diego Armando Maradona" arenasında keçiriləcək. Stadionun tutumu 54 726 nəfərdir.

"Napoli" Avropanın ən güclü klublarından biri hesab olunur. Komandanın ümumi bazar dəyəri 503,3 milyon avrodur. Klubun heyətində 28 futbolçu var və onların 17-si milli komandaların oyunçularıdır. Bu, rəqibin beynəlxalq təcrübəsi və gücünü açıq şəkildə göstərir.

Komandanın heyətində 16 legioner var (57,1 %). Bu isə "Napoli"nin gücünün əsasən Avropanın və dünyanın müxtəlif ölkələrindən toplanmış yüksək səviyyəli oyunçulara söykəndiyini göstərir.

"Napoli"nin tarixi nailiyyətləri

Neapol klubu İtaliya futbol tarixində özünəməxsus yerə malikdir. Komanda indiyədək:

4 dəfə İtaliya çempionu olub;

1 dəfə UEFA Kubokunun qalibi olub;

6 dəfə İtaliya Kubokunu,

2 dəfə İtaliya Superkubokunu qazanıb.

Belə zəngin uğurlar Ağdam klubunun qarşılaşacağı rəqibin gücünü daha da aydın göstərir.

"Napoli"nin ən dəyərli futbolçuları

Komandanın heyətində çox yüksək dəyərə malik oyunçular var.

Ən bahalı futbolçular:

Alessandro Buongiorno – 50 milyon avro (mərkəz müdafiəçisi)

Scott McTominay – 50 milyon avro (mərkəz yarımmüdafiəçisi)

Rasmus Hojlund – 45 milyon € (mərkəz hücumçusu).

"Qarabağ"ın qarşısında duran çətinlik

Ağdam klubu bu səfərdə həm İtaliya futbol atmosferi, həm də rəqibin nəhəng iqtisadi və idman gücü ilə üz-üzə gələcək. Bununla belə, "Qarabağ" bu mövsüm göstərdiyi mübarizə və komandadakı inkişafla böyük klublara qarşı layiqli oyun nümayiş etdirə biləcəyini artıq dəfələrlə sübut edib.

Neapolda keçiriləcək duel "Qarabağ"ın Çempionlar Liqasındakı növbəti şansını və gücünü yoxlayan ən ciddi matçlardan biri olacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://baku.ws
archiveBu xəbər 17 Noyabr 2025 16:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see756

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see583

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see333

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see324

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see294

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see292

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see286

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see275

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see274

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see272

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see271

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see257

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see242

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see240

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see232

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see216

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see214

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see203

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see195

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri