Icma.az
close
up
RU
“ “Qarabağ” intensiv futbolla rəqibini qapısına sıxmağa çalışacaq” ŞƏRH

“ “Qarabağ” intensiv futbolla rəqibini qapısına sıxmağa çalışacaq” ŞƏRH

Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.

"Qarabağ" bu gün UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda Bakıda Şimali Makedoniyanın "Şkendiya" klubunu qəbul edəcək. İlk görüşdə səfərdə 1:0 hesabı ilə qalib gələn Ağdam təmsilçisi, bu qarşılaşmadan da müsbət nəticə əldə edəcəyi halda, pley-off mərhələsində Bolqarıstanın “Ludoqorets” və ya Macarıstanın “Ferentsvaroş” klublarından biri ilə üz-üzə gələcək.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında idman jurnalisti, ekspert Kənan Məstəliyev bildirdi ki, bugünkü cavab matçı çox böyük əhəmiyyət daşıyır.

"Çünki qələbə və yaxud da bizə sərf edən digər nəticə heç-heçə olarsa, "Qarabağ" daha nüfuzlu turnirdə, yəni, Konfrans Liqasındansa Avropa Liqasında iştirak edəcək. Bu isə nəinki komanda, ümumiyyətlə klub üçün daha böyük prestij və imic deməkdir. Ona görə də “Şkendiya” ilə matçın nəticəsi xüsusi əhəmiyyət kəsb edir. Üstəlik, “Şkendiya” keçilərsə, Çempionlar Liqasının pley-off mərhələsi də olacaq. Pley-offdakı rəqib isə ya “Ferençvaroş”, ya da “Ludoqorets” olacaq. Hər iki komanda ilə biz oynamışıq və hər ikisini məğlub etmişik. Buna görə də tarixi nəticəyə imza ataraq, 2017-ci ildən bəri ilk dəfə yenidən, Çempionlar Liqasında oynamaq şansımız olacaq. "Qarabağ" buna qadirdir. Amma bunun üçün bu gün axşam ilk növbədə “Şkendiya”nı üstələmək lazımdır.

İlk matç göstərdi ki, "Qarabağ" rəqibindən daha yaxşı, daha güclü və daha istedadlı futbolçulardan təşkil olunmuş kollektivdir. Yaradılan qol epizodlarını nəzərə alsaq, turun taleyi səfərdə həll olunmalı idi. Çünki biz ən azı dörd-beş real, yüz faizlik qol epizodunu qaçırdıq. Az qala qapıçı meydançasının içərisindən çərçivəyə düşürə bilmədik. Amma qol epizodlarının çoxluğu bizi sevindirməyə bilməz. Çünki oyunun gedişatı bir yana, əsas olan yaradılan imkanlardır və bu imkanlar axır-əvvəl nəticəyə gətirib çıxarır".

Müsahibimizin fikrincə, əlimizə düşən imkanlardan istifadə etməkdə çox axsayırıq.

"Bu isə bir və ya beş günün problemi deyil. Artıq son il yarım, iki ildir ki, “Qarabağ”da belə bir problem var. Nəriman Axundzadə yaxşı futbolçudur, öz bacarıqları və üstünlükləri var. Amma təkcə Nəriman Axundzadə ilə bu iş getmir. Ona görə də “Qarabağ”ın mütləq şəkildə əlavə bir hücumçuya ehtiyacı var. Hərçənd, olsaydı belə, hal-hazırda biz onun xidmətindən istifadə edə bilmirik. Buna görə də bu axşam ya Nəriman Axundzadənin, ya da Musa Qurbanlının imkanlarından yararlanmağa çalışacağıq.

Ümid edirəm ki, Nəriman Axundzadə birinci matçdakı kimi epizodları sağa-sola xərcləməyəcək. Təkcə Nəriman yox, xüsusilə Zubir, daha məsuliyyətli yanaşmalıdır. Çünki Zubirdə də eyni problem var".

Ekspert qeyd etdi ki, komandamız rəqibdən qorxmamalıdır.

"Müdafiəyə çəkilməyə ehtiyac yoxdur. Çünki müdafiədə oturduğun halda istər-istəməz imkanlar verirsən. Ən yaxşısı irəlidə oynamaq, basqılı futbol sərgiləmək, nəticəni elə birinci hissədə həll edib, sonradan oyunu əks-hücumlarla qurmaqdır.

Fikrimcə, belə də olacaq. "Qarabağ" basqılı başlayacaq, daha intensiv futbolla rəqibini qapısına sıxmağa çalışacaq və istədiyi nəticəni əldə edəcək. Mənim buna heç bir şübhəm yoxdur"- deyə Kənan Məstəliyev bildirdi.

Xədicə BAXIŞLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 12 Avqust 2025 18:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri