Qarabağ israrlıdır, Neftçi də yeni tapşırıq, Ayxan Abbasova maraqlı müraciət
Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.
“Şamaxı” rəhbərliyi Ayxan Abbasova müraciət edib. Məqsəd ondan kömək, daha doğrusu, məsləhət almaqdır. O, millinin baş məşqçisi olduğu üçün tələbə əsasən gələn ilin iyununda “şirlər”lə əməkdaşlığını dayandıracaq. Bu barədə "Sportinfo" saytı yazıb.
Bundan əlavə, "Qarabağ"ın maraq dairəsində olan yeni oyunçularla bağlı bəzi detallar bilinib. Ağdam təmsilçisi hücum xəttini gücləndirməyi planlaşdırır. Qurban Qurbanovun sərəncamında görmək istədiyi legionerlər hazırda Avropada çıxış eləyir. Onlardan biri konqolu, digəri isə kolumbiyalıdır. Danışıqların ilkin mərhələsi artıq arxada qalıb.
Ölkə.Az-ın məlumatına görə, Qurban Qurbanov mətbuat konfransında buna işarə edən açıqlama da verib.
"Gözlənti çoxdur, alınmalıdır. Hansısa maneə olmasa, transfer olmalıdır. Danışıqlar davam edir", - o deyib.
"Neftçi"nin baş məşqçisi Yuri Vernidub isə köməkçilərinə Premyer Liqada çıxış edən 11 komandayla bağlı hərtərəfli hesabatın hazırlanmasını istəyib. Belə ki, elitanın digər iştirakçılarının hər birinin heyəti, oyun üslübu, baş məşqçilərinin taktiki yanaşmaları öyrənilməlidir.
Ölkə.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 21 Yanvar 2026 07:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















