Icma.az
close
up
RU
Qarabağ istisna olmaqla, eyni gücdə olan komandalardan ibarət çempionatdır MÜSAHİBƏ

Qarabağ istisna olmaqla, eyni gücdə olan komandalardan ibarət çempionatdır MÜSAHİBƏ

Sportal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Şamaxı"nın isveçrəli hücumçusu Kərim Rossi İsveçrənin tanınmış “Blick” nəşrinə müsahibə verib.

Sportal.az xəbər verir ki, bölgə klubunun İsveçrədən olan forvardı Misli Premyer Liqasının səviyyəsini müzakirə edib, "Qarabağ”ın Çempionlar Liqasının əsas mərhələsindəki çıxışına toxunub.

- Azərbaycan sizin üçün yeni bir ölkədir. Bu keçid necə baş verdi?

- "Şaffhauzen"lə müqaviləm bitmişdi, klubun aşağı liqaya düşməməsinə kömək etmək və ən əsası, ikinci uşağımın dünyaya gəlməsi üçün oradalı olmalı idim. Təəssüf ki, müqaviləmizi davam etdirə bilmədik. Bundan sonra klubun təklifinə baxmayaraq, orada qalmaq istəmədim. Çünki düşünürəm ki, hələ yaxşı səviyyədə oynamaq üçün ehtiyatım qalıb. İsveçrədə bir neçə əlaqəm var idi, amma həqiqətən maraqlı bir şey olmadı. Sonra agentim mənə Azərbaycan variantı ilə bağlı zəng etdi. İki il əvvəl buradan təklif almışdım. Bu dəfə məşqçi mənə zəng vurdu, layihəni təqdim etdi və mən də bəyəndim. Yeni çətinliklərdən, digər mədəniyyətləri və liqaları kəşf etməkdən zövq alıram. Bu fürsət təsadüfən yarandı, amma axtardığım şeyə tam uyğun gəldi.

- Ailəniz bu yeni macərada sizə qoşuldu?

- Bəli, onlar mənim ardınca gəldilər. Bəzən ora-bura səyahət edirik, amma onlar çox vaxt mənimlə yaşayırlar. Şərait yaxşıdır, ona görə də bizim buna imkanımız var.

- Azərbaycan Premyer Liqasının səviyyəsini necə qiymətləndirərdiniz?

- Mən onu Kipr və ya Bolqarıstan çempionatları ilə müqayisə edərdim. Azərbaycan Premyer Liqası "Qarabağ" istisna olmaqla, eyni gücdə olan komandaların olduğu çempionatdır. Çünki "Qarabağ" dominantlıq edir. Ölkə infrastruktura və akademiyalara böyük sərmayə qoyur. Federasiya ciddi inkişaf üçün işlər görür. Bu, maraqlı liqadır və inkişafdadır.
"Qarabağ" şübhəsiz ki, Çempionlar Liqasındakı çıxışı ilə diqqət çəkib...

- Bəli, onlar "Benfika"nı (3:2) və "Kopenhagen"i (2:0) məğlub etdilər, "Çelsi" ilə (2:2) oynadılar...

- Bu, inanılmazdır! Mən çox da təəccüblənmirəm, çünki mən onların oyunlarını hər həftə izləyirəm. Onlar çox güclü komandadırlar. Onların uğuru liqaya fayda verir: bu, diqqəti cəlb edir və burada çoxlu rəqabət olduğunu göstərir.

- Bu yaxınlarda onlarla 0:0 oynadınız. Bununla fəxr edirsiniz?

- Bəli, əlbəttə. Bu, futboldur da, heç bir məntiqi yoxdur. Kağız üzərində "Qarabağ" açıq-aydın favoritdir, amma meydanda hər şey ola bilər. Bizim bir planımız var idi və onu uğurla həyata keçirdik. Futbol gözlənilməz olaraq qalır və onu bu qədər möhtəşəm edən də elə budur.

- Klubunuz olduqca gəncdir və adını bir neçə dəfə dəyişdirib ki, bu da qeyri-adi haldır. Azarkeşlərlə klub arasında güclü bir əlaqə hiss edirsiniz?

- Bu gün klub hazırkı şəhərində möhkəm yerləşib. Kiçik bir sadiq azarkeş qrupu var, amma bunu "Qarabağ" və ya "Neftçi" azarkeşləri ilə müqayisə etmək olmaz. Bir çox komanda Bakıda məşq edir və sonra başqa yerlərdə oyunlar oynayır. Bu, özünəməxsus sistemdir. Əsl azarkeş bazası yaratmaq üçün ideal deyil, amma müəyyən səviyyədə həvəs hələ də var.

- Bu, rok ulduzu həyatını yaşadığınız İndoneziyadakı təcrübənizdən çox fərqlidir...

- Bəli, tamamilə! (gülür). İndoneziyada dəlilikdir. İnsanlar futbolla yaşayır və nəfəs alırlar. Çölə çıxırsan, insanlar sənin şəkillərini çəkirlər, stadionlar doludur. Burada daha sakitdir. İnsanlar futbolu sevirlər, amma klub mədəniyyəti ilə eyni deyillər. Fərqli bir atmosferdir.

- Orada necə məskunlaşdın?

- Çox yaxşı. Azərbaycan müsəlman ölkəsidir, ona görə də adət-ənənələri ilə tanışam. Burada məscidlər var, azan verilir, bütün bunlar da mənim mədəniyyətimin bir hissəsidir. Bu, mənim üçün mədəni şok deyil. Dil fərqli hekayədir, türk dilinə yaxındır. Bir neçə söz öyrənmişəm, amma tərcüməçimiz var. Oyunçuların əksəriyyəti ingilis dilində danışır, ona görə də bir-birimizi başa düşürük. Bakı məni həqiqətən təəccübləndirdi, göydələnləri olan ultra-müasir bir şəhərdir, bir az mini-Dubay kimi. Ölkə inanılmaz dərəcədə inkişaf edib.

- Azərbaycan Asiyadır, yoxsa Avropa?

- Yaxşı sualdır! (gülür). Azərbaycanın fərqli bir türk və rus təsiri var, çox fərqlidir. Coğrafi cəhətdən Asiyaya daha yaxındır, amma orta mövqedə olduğu hiss olunur. Lakin, bu, Avropa Birliyinin bir hissəsi deyil. Məsələn, İsveçrədən gələn paket beynəlxalq göndəriş hesab olunur.

- Bu mövsüm üçün hədəfləriniz nədir?

- Həmişə olduğu kimi, karyeramın ən yaxşı mövsümünü keçirmək. Ümid edirəm ki, qol vura və məhsuldar ötürmələr edə bilərəm. Bu, tamamilə əldə edilə bilən bir məqsəddir.

- Klub avrokuboklara can atmır?

- Xeyr, bu mövsümün məqsədi bu deyil. Büdcəmiz ölkənin böyük klublarının büdcəsindən çox geridədir. Məqsəd ötən ilki nəticəni daha da yaxşılaşdırmaqdır. Ötən mövsüm komanda 7-ci yeri tutmuşdu. Bir-iki pillə irəliləyib liqanın ən yaxşı komandalarına meydan oxuya bilsək, bu, əla olardı. 12 komandalı liqada işlər tez dəyişir: iki qələbə və zirvədəsən, iki məğlubiyyət və ən aşağı pilləyə düşürsən.

- Bir illik müqavilə imzaladınız. Bu haqda fikrin necədir?

- Klub bunu mənə təklif etdi, bəlkə də yaşıma görə idi, amma mənə də uyğun gəldi. Bu, çox öhdəlik götürmədən liqa haqqında məlumat əldə etməyin bir yol idi. Müqaviləmi yeniləyib-yeniləmədiyimi sonra görəcəyik. Son illərdə tez-tez bir illik müqavilələr imzalayırdım və bu, məni razı salırdı.
 

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:225
embedMənbə:https://sportal.az
archiveBu xəbər 19 Noyabr 2025 13:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see357

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see236

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see232

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see231

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see224

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see223

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see221

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see218

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see217

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see213

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see207

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see206

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see205

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see200

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see200

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see200

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see199

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see199

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see199

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri