Icma.az
close
up
RU
“Qarabağ İtkin Ailələri” İB bəyanat yaydı

“Qarabağ İtkin Ailələri” İB bəyanat yaydı

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Qarabağ İtkin Ailələri” İctimai Birliyi bəyanat yayıb.

Globalinfo.az-ın xəbərinə görə, bəyanatda qeyd olunub ki, birlik 15 noyabr 2024-cü il tarixində BMT Baş Assambleyası tərəfindən “İtkin düşmüş şəxslər” qətnaməsinin qəbul edilməsini alqışlayır, sənədin əsas müəllifi olan Azərbaycan dövlətinə və onu dəstəkləmiş digər ölkələrə öz təşəkkürünü bildirir.

“Azərbaycanın irəli sürdüyü bu beynəlxalq təşəbbüs, eləcə də son illərdə ölkəmizdə itkin düşmüş şəxslər probleminə dair keçirilmiş beynəlxalq tədbirlər bu problemi beynəlxalq gündəlikdə saxlamaqla onun öz həllini tapması ilə bağlı ümidlərimizi artırır.

Qətnamədə insanların itkin düşməsinin onların ailələrinin ağır əzablarına və bir çox insan haqları pozuntularına səbəb olmasının vurğulanması bizim üçün çox önəmlidir. İllərlə davam edən bu problem itkinlərin ailələrinin gözünü yolda qoymaqla yanaşı, bizim ailə birliyimizin və doğmalarımızın aqibətini bilmək hüququmuzun pozulmasına səbəb olur.

Qətnamə dövlətləri insanların itkin düşməsinin qarşısını almaq, itkin düşmə səbəblərini düzgün şəkildə araşdırmaq və itkinlərin taleyini aydınlaşdırmaq üçün bütün lazımi tədbirləri görməyə çağırmaqla yanaşı, itkin ailələrinə dəstək verilməsi və onlarla əməkdaşlıq edilməsi kimi vacib məqamlara toxunur.

Məlum olduğu kimi, Birinci Qarabağ müharibəsi zamanı dörd minə yaxın, İkinci Qarabağ müharibəsində isə 6 soydaşımız itkin düşmüşdür, onlar arasında uşaqlar və qadınlar da vardır. Birinci Qarabağ müharibəsində 61 ailənin 2-dən 7-dək üzvü itkin düşmüş və onlar barədə Ermənistan tərəfindən bu illər ərzində bizə heç bir məlumat verilməmişdir. Bu hal azərbaycanlı itkinlərin ailələrinin böyük bir insanlıq faciəsi ilə üzləşməsinin göstəricisidir.

Torpaqlarımızın Ermənistanın işğalından azad edilməsi Azərbaycan hökumətinə bu ərazilərdə itkin düşmüş şəxslərin axtarışını, insan qalıqlarının aşkar edilməsini və identifikasiyasını həyata keçirməyə imkan yaratmışdır. Görülən işlər illərlə gözümüzü yolda qoyan xəbərsizliyin bitməsi üçün böyük ümidlər yaratsa da, Ermənistanın ehtimal olunan kütləvi məzar yerləri barədə məlumatları Azərbaycan tərəfinə təqdim etməməsi səbəbindən işğaldan azad edilmiş ərazilərdə ötən müddət ərzində cəmi 22 kütləvi məzarlığın aşkarlanmasının mümkün olması bizi hədsiz dərəcədə məyus etmiş, əzizlərimizin insanlığa sığmayan rəftara məruz qalaraq öldürülməsi və nəşlərinin kütləvi məzarlarda illərlə gizlədilməsi faktı üzləşdiyimiz haqsızlığın nə qədər böyük olduğunu bir daha sübut etmişdir.

Biz itkin-şəhidlərimizin qalıqlarının axtarılması, identifikasiyası və ailələrinə təhvil verilərək, şəhid adına layiq şəkildə dəfn mərasimlərinin təşkilinə görə dövlətimizə minnətdarıq. Artıq bir sıra itkin ailələri otuz ilə yaxın davam edən həsrətə son verərək, xəbəsizlikdən doğan faciələrini öz əzizlərinin məzar daşına sahib olmaq təsəllisi ilə əvəz edə bildikləri üçün bir az da olsa rahatlıq tapa bilmişlər. Lakin bu təsəllini gözləyən minlərlə itkin ailəsinin gözü hələ də yoldadır.

BMT tərəfindən qəbul edilmiş sənəddə, həmçinin mina probleminin itkinlərin taleyinin aydınlaşdırılmasına törətdiyi əngəllərlə bağlı narahatlığın ifadə edilməsi və dövlətlərin insan qalıqlarının təhlükəsiz şəkildə axtarışı üçün əməkdaşlıq etməyə çağırılması bizim üçün önəmlidir. Biz öz təcrübəmizdən bilirik ki, azərbaycanlı köçkünlər torpaqlarımızın artıq dörd ildən çox müddətdir ki, azad olmasına baxmayaraq, mina təhlükəsi səbəbindən, hələ də torpaq həsrəti çəkir. Bu amansız tələ dörd il ərzində dörd yüzə yaxın soydaşımızın ölümünə və yaralanmasına səbəb olmaqla yanaşı, bu ərazilərdə görülən bütün işlərə, o cümlədən itkinlərin qalıqlarının axtarışına mane olur.

Biz “Qarabağ İtkin Ailələri” İctimai Birliyi bir daha Ermənistan tərəfini itkinlərin taleyinin aydınlaşdırılması istiqamətində beynəlxalq öhdəliklərini, eləcə də BMT Baş Assambleyası tərəfindən “İtkin düşmüş şəxslər” qətnaməsinin tələblərini yerinə yetirməyə çağırır, hüquqlarımızın 30 ildən çox davam edən pozuntusuna son verməyi, kütləvi məzarlıqların yerləri barədə məlumat verməyi və bu cinayətləri törədənləri cəzalandırmağı tələb edirik. Hər bir itkin ailəsinin öz doğmasının aqibətini bilmək hüququ vardır!” – bəyanatda vurğulanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 20 Noyabr 2024 16:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see402

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see372

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see359

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see300

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see282

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see254

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see253

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see240

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see235

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see230

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see224

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see218

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see217

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see204

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see203

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see195

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see173

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see172

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see172

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri