Qarabağ klubu dünya reytinqində irəliləyib, Turan Tovuz siyahıya düşüb
Report.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Qarabağ" dünya klublarının reytinq siyasında beş pillə irəliləyib.
"Report" xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) rəsmi saytında məlumat yayıb.
Azərbaycan çempionu 502 komandanın yer aldığı siyahıda 177,5 xalla 67-ci yerdə qərarlaşıb.
Mövqeyi dəyişməyən "Zirə" (94,25 xal) 219-cudur. 14 sıra irəliləyən "Sabah" (62,5 xal) isə 409-cu olub.
Bundan əlavə, "Turan Tovuz" da siyahıya düşüb. Bölgə klubu 53,75 xalla 496-cıdır.
Qeyd edək ki, İspaniyanın "Real" klubu 388 xalla birinci pillədə qərarlaşıb.

Qarabağ klubu dünya reytinqində irəliləyib, Turan Tovuz siyahıya düşüb Xəbər saytı Son xəbərlər və Hadisələr
10 Dekabr 2024 09:35
Qarabağ dünya reytinqində irəlilədi Turan Tovuz siyahıya düşdü
10 Dekabr 2024 10:44
Qarabağ klubu dünya reytinqində irəliləyib
10 Dekabr 2024 14:15
Qarabağ irəlilədi Turan Tovuz siyahıya düşdü
10 Dekabr 2024 09:48
Qarabağ irəlilədi, Turan Tovuz siyahıya düşdü Dünya reytinqi
10 Dekabr 2024 11:06

