Qarabağ Kopenhagen oyunundan əvvəl fan zona təşkil olunacaq
Unikal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
UEFA Çempionlar Liqasının əsas mərhələsinin ikinci turunda "Qarabağ"- "Kopenhagen"lə qarşıya-qarşıya gələcək.
"Unikal" xəbər verir ki, qarşılaşmadan öncə azarkeşlər üçün “Azərsun Holdinq” tərəfindən xüsusi fan zona yaradılacaq.
Saat 18:00-20:00 aralığında fan zonada azarkeşlər üçün əyləncəli proqram nəzərdə tutulub. Proqram çərçivəsində müxtəlif oyunlar, Dj performansı və digər əyləncələr azarkeşlərin ixtiyarında olacaq.
Bundan əlavə, illərdir hər kəsin sevimlisi olan “Final” çay tərəfindən də xüsusi fotozona yaradılacaq və qonaqlara çay təqdim ediləcək.
Qeyd edək ki, “Qarabağ” futbol klubu 2001-ci ildə “Azərsun Holdinq” tərəfindən himayəyə götürülüb və adıçəkilən şirkətlər qrupunun dəstəyilə komanda böyük uğurlar qazanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:42
Bu xəbər 01 Oktyabr 2025 10:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















