“Qarabağ” Kosta Rika millisinin oyunçusunu transfer gündəminə alıbmı?
Icma.az, Sportal.az portalına istinadən məlumatı açıqlayır.
Kosta-Rika millisinin futbolçusu Dieqo Kamposun karyerasını Azərbaycanda davam etdirə biləcəyi iddia olunur.Bu haqda Kosta-Rikanın “La Nacion” nəşri məlumat yayıb.
Sportal.az xəbər verir ki, yerli mənbələr “Qarabağ”ın 29 yaşlı yarımmüdafiəçiyə maraq göstərdini və heyətinə qatmaq istədiyini yazıb.
Məlumata görə, artıq “Qarabağ” Dieqo Kamposa görə onun müqavilə ilə məxsus olduğu Kosta-Rika yüksək liqa təmsilçisi “LD Alaxuelense”yə təklif də irəli sürüb.
Hazırda tərəflərin danışıqlar apardığı da iddia olunub.
Millidə 3 oyun keçirən və 1 qol vuran Dieqo Kampos sol vinger mövqeyində çıxış edir. Hazırda “Qarabağ”da bu mövqedə Abdullah Zubir və Emmanuel Addai oynayır.
“Qarabağ”dan redaksiyamıza bildirilib ki, adıçəkilən legioner onların maraq dairəsinə daxil deyil.
Kosta-rikalı heç Azərbaycan çempionuna təklif edilən oyunçuların siyahısında yer almayıb.(Sportinfo.az)
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 15 İyun 2025 21:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















