Qarabağ Lion görüşü serblərə həvalə olundu
Icma.az, Oxu.az portalına istinadən məlumat verir.
Bakıda "Qarabağ" və Fransanın "Lion" komandaları arasında keçiriləcək UEFA Avropa Liqası matçının təyinatları müəyyənləşib.
Oxu.Az xəbər verir ki, qarşılaşma Serbiyadan olan hakimlər briqadasına tapşırılıb.
Görüşü FIFA referisi Nenad Minakoviç idarə edəcək.
Baş hakimin köməkçiləri Nikola Boroviç və Boşko Bojoviç olacaq. Dördüncü hakim funksiyasını Milan Mitiç yerinə yetirəcək.
VAR-da Momçilo Markoviç, AVAR-da Novak Simoviç əyləşəcək.
Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin V turunun noyabrın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda təşkil ediləcək "Qarabağ" - "Lion" görüşü saat 21:45-də start götürəcək.
Baxış sayı:123
Bu xəbər 26 Noyabr 2024 15:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















