Icma.az
close
up
RU
“Qarabağ” Masazırda, “ArazNaxçıvan” Bayılda liderlik qovacaq

“Qarabağ” Masazırda, “ArazNaxçıvan” Bayılda liderlik qovacaq

Icma.az bildirir, Footbal-plus portalına istinadən.

Bu gün Misli premyer-liqasında 16-cı tura start verilir.

Üç gün ərzində keçiriləcək maçtlar “CBC Sport”un efirində canlı yayınlanacaq.
Misli premyer-liqası
2-ci dövrə, 16-cı dövrə
7 dekabr
Səbail – Araz-Naxçıvan

“Səbail”in bu rəqiblə ev oyunlarının balansı: 2:+1=1-0, 3:2.
2023/24 – 1:0, 2:2.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 20-30-50.
Hakimlər: RƏŞAD ƏHMƏDOV, Rahil Ramazanov, Müslüm Əliyev, Elvin Bayramov.
VAR hakimi: Rəvan Həmzəzadə.
VAR hakiminin köməkçisi: İnqilab Məmmədov.
Bakı, “ASCO Arena”. Saat 15.00.
Turun ilk matçında “Səbail”in sonuncu pillədən qurtulmaq cəhdinə şahidlik edəcəyik. Bayıl təmsilçisi 14 oyunluq məğlubiyyətsizlik seriyasına sahib olan rəqiblə mübarizədə şanslı görünmür. “Dənizçilər”in bir xal qazanması belə sürpriz olacaq. Çünki onlar “Sabah”ın meydanında keçirdiyi 15-ci tur matçında çox “dişsiz” göründü. Cavid Hüseynovun geridə qalan müddətdə komandanın fiziki və psixoloji durumunu nə dərəcədə dəyişdiyi bilinmir. Reallıq odu ki, “Səbail” geriləyir və qış fasiləsində qədər buna mane olmaq mümkünsüzdü. “Araz-Naxçıvan”ın durumu da göz önündədi. Muxtar Resublika təmsilçisi turnirin favoritlərindən birinə çevrilib. Odu ki, autsayderlə matçın çətin keçəcəyini demək olmaz. Görünür, “qırmızı-ağlar” azı üçsaatlığa yenidən lider olacaq.
Komandalar indiyə qədər 5 dəfə üz-üzə gəlib. Bunların 2-də “dənizçilər”, 1-də “qırmızı-ağlar” qələbə qazanıb, 2-də qalib müəyyənləşməyib. Topların nisbətində “Səbail” öndədi – 8:6.
Sabah – Qarabağ
“Sabah”ın bu rəqiblə ev oyunlarının balansı: 11:+2=2-7, 9:18.
2018/19 - 0:2, 1:1; 2019/20 – 0:1; 2020/21 – 1:2, 0:4; 2021/22 – 1:2, 0:1; 2022/23 – 0:0, 2:1; 2023/24 – 1:2, 3:2.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 30-30-40.
Hakimlər: ELÇİN MƏSİYEV, Elşad Abdullayev, Pərvin Talıbov, Əkbər Əhmədov.
VAR hakimi: Əliyar Ağayev.
VAR hakiminin köməkçisi: Zeynal Zeynalov.
Bakı, “Bank Respublika Arena”. Saat 18.00.
Turun mərkəzi matçına Masazırda şahidlik edəcəyik. Bəllidi ki, “Sabah” Turan Tovuz”u mübarizədən kənarlaşdırmaqla ölkə kubokunun 1/4 finalına vəsiqə qazandığı oyunda xeyli güc sərf etdi. Baş məşqçi Vasili Berezutski “Qarabağ”ın qarşısına rotasiyaya məruz qalan heyətlə çıxacaqlarını, Qurban Qurbanov isə oyuna çox ciddi yanaşacaqlarını deyib. Hər halda, “bayquşlar”ı şanssız saya bilmərik. Lakin bu, favoritin qonaqlar olduğu reallığını dəyişmir. Digər tərəfdən, meydan sahibləri avrokuboklara vəsiqə uğrunda mübarizədə iddiasını qorumaq üçün rəqibdən azı bir xal qoparmağa çalışacaq. “Köhlən atlar” isə liderliyini möhkəmləndirməyə köklənəcək. Onların cəzalıları olmasa da, Aleksey İsayevlə Kevin Medina zədəlidi.
Komandalar indiyə qədər 24 dəfə qarşılaşıb. Bunların 15-də “Qarabağ”, 2-də “Sabah” qalib gəlib, 7-də hərəyə bir xal düşüb. Topların nisbətində “köhlən atlar” öndədi – 47:21.
8 dekabr
Kəpəz – Zirə

“Kəpəz”in bu rəqiblə ev oyunlarının balansı: 10:+3=4-3, 8:8.
2015/16 – 1:1, 2:0; 2016/17 – 2:0, 1:0; 2017/18 – 0:3, 0:0; 2022/23 – 1:2, 1:1; 2023/24 – 0:0, 0:1.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 30-30-40.
Hakimlər: TURAL QURBANOV, Zöhrab Abbasov, Teymur Teymurov, Əli Əliyev.
VAR hakimi: Rəşad Əhmədov
VAR hakiminin köməkçisi: Eyyub İbrahimov.
Tovuz, şəhər stadionu. Saat 16.00.
“Kəpəz” Azər Bağırovun rəhbərliyi altında ilk məqsədinə çatdı, daha dəqiqi, “Şamaxı”nı məğlub etməklə sonuncu pillədən xilas oldu. İndi gəncəlilər yerini qorumalıdı. Uğurların davamı “sarı-göylər”in daha üst pillələrə yüksəlməsiylə nəticələnə bilər. Azər Bağırovun və komandasının bunu bacaracağına inananlar az deyil. “Zirə” isə “avrokubok zonası”ndakı yerini qorumağa çalışacaq. Ən yaxın izləyicisi olan “Sabah”ın xal fərqini “əritdiyini” nəzərə alsaq, “qartallar”ın Tovuza məhz qələbə üçün gedəcəyini proqnozlaşdırmaq mümkündü.
Bu komandalar indiyə qədər 21 dəfə üz-üzə gəlib. Bunların 10-da Zirə, 3-də Gəncə təmsilçisi üç xala yiyələnib, 8-də “sülh” qeydə alınıb. Topların nisbətində Rəşad Sadıqovun komandası öndədi – 29:17.
Sumqayıt –Neftçi
“Sumqayıt”ın bu rəqiblə ev oyunlarının balansı: 23:+8=3-12, 24:32.
2011/2012 – 0:3; 2012/13 – 3:2; 2013/14 – 1:2, 2:0; 2014/15 – 0:1, 0:1; 2015/16 – 1:2, 2:1; 2016/17 – 2:0, 2:0; 2017/18 – 1:0, 2:0; 2018/19 – 0:2, 1:2; 2019/20 – 2:4; 2020/21 – 0:0, 0:1; 2021/22 – 1:1, 0:2; 2022/23 – 2:2, 0:4. 2023/24 – 0:1, 2:1.
Cəzalılar: Vüqar Mustafayev (Sumqayıt), Yuri Matias, Edvin Kuç (hər ikisi “Neftçi”).
“Futbol+”in proqnozu: 30-40-30.
Hakimlər: FƏRİD HACIYEV, Rəhman İmami, Kamran Bayramov, Cavid Cəlilov.
VAR hakimi: İnqilab Məmmədov.
VAR hakiminin köməkçisi: Namiq Hüseynov.
Sumqayıt, Mehdi Hüseynzadə adına şəhər stadionu. Saat 18.00.
“Sumqayıt” Vaqif Cavadovun rəhbərliyi altında bir qədər toparlansa da, sabit nəticələr qazanmaqda çətinlik çəkir. 2-ci dövrənin son üç matçı adı çəkilən mütəxəssis üçün həlledici olacaq. Yekun nəticələr rəhbərliyi qane etməsə, yəqin ki, Vaqif bəy üçün yolun sonu gələcək. Odu ki, çalışdırıcısı komandasını qələbəyə kökləməli, nəticələrin daha yaxşı olması üçün səy göstərməlidi. Bu mənada “doğma divarlar” arasında keçiriləcək oyun xüsusi əhəmiyyət daşıyır. Və rəqib “Neftçi”di. Samir Abasovun rəhbərlik etdiyi komanda Sumqayıta üç xal dalınca yollanacaq. Ona görə ki, paytaxt təmsilçisi avrokubok uğrunda mübarizəyə qoşulmaq niyyətindədi. Bunun üçün üç xal vacibdi ki, “ağ-qaralar” “kimyaçılar”la “qonşu” olsun. Əks halda, “Sumqayıt” fərqi artıracaq. Belədə “Neftçi”nin işinin çox çətin olacağı heç kimə sirr deyil.
Komandalar indiyə qədər 48 dəfə qarşılaşıb. Bunların 23-də “ağ-qaralar”, 14-də “kimyaçılar” qalib gəlib, 11-də qalib bəlli olmayıb. Topların nisbətində bakılılar öndədi – 74:52.
9 dekabr
Turan Tovuz – Şamaxı

“Turan Tovuz”un bu rəqiblə ev oyunlarının balansı: 2:+0=1-1, 2:4.
2022/23 – 1:3, 1:1.
Cəzalı: yoxdu.
“Futbol+”in poqnozu: 40-30-30.
Hakimlər: KAMAL UMUDLU, Vüsal Məmmədov, Asiman Əzizli, Rauf Allahverdiyev.
VAR hakimi: Nicat İsmayıllı.
VAR hakiminin köməkçisi: Şirməmməd Məmmədov.
Tovuz, şəhər stadionu. Saat 19.00.
Tura bölgə təmsilçilərinin dueliylə yekun vurulacaq. “Turan Tovuz”un “Şamaxı”nı qəbul edəcəyi oyun maraqla gözlənilir. Ona görə ki, “bozqurd” son 4 matçda qələbəyə həsrət qalib. İndi isə xal itirmək, hətta uduzmaq vaxtı deyil. Çünki komanda ölkə kubokunda mübarizəni dayandırmaqla avrokuboklara gedən qısa yoldan əlini üzdü. İndi ilk “dördlük”dəki yeri qorumaq başlıca amal olmalıdı. Qonaqlar isə 8 oyundu qalib gələ bilmir. Artıq Şamaxıda Ayxan Abbasovu istefaya səsləyənlər var. O başqa məsələ ki, rəhbərlik mütəxəssisin etimadı doğrultduğunu düşünür. Hər halda, qələbə həsrətinin davam etməsi komanda üçün bəd xəbər ola bilər. “Səbail”lə “Kəpəz”in xal ehtiyatını artıra biləcəyini düşünsək, “Şamaxı”nın Tovuzda uğur qazanmasında fayda var.
Bu komandalar indiyə qədər 5 dəfə üz-üzə gəlib. Bunların 2-də “Turan Tovuz”, 1-də “Şamaxı” qələbə qazanıb, 1-də “sülh” qeydə alınıb. Topların nisbətində bərabərlik var – 6:6.
Bu komandaların duelləri ilə bağlı maraqlı məqamlar
* “Səbail” bütün oyunlarda qol vurub. “Araz-Naxçıvan” səfərdə qələbə qazanmayıb.
* “Sabah”ın son üç görüşündə 5 və ya daha çox qol qeydə alınıb. Ağdamlılar son 7 oyunda qol vurub.
* “Kəpəz” son 13 matçda qələbə qazanmayıb. “Zirə” son 3 görüşdə qalib gəlib.
* “Neftçi” son 11 qarşılaşmada qol vurub. “Sumqayıt” son 4 matçda uduzmayıb.
* “Turan Tovuz” bütün oyunlarda qol vurub. “Şamaxı” səfərdə uduzmayıb.
KƏNAN BAHADIR

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 07 Dekabr 2024 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see257

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see236

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see148

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see146

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see139

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri