Icma.az
close
up
RU
“Qarabağ” mərhələ adlamaq üçün 3 oyunda azı 5 xal toplamalıdır

“Qarabağ” mərhələ adlamaq üçün 3 oyunda azı 5 xal toplamalıdır

Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Qarabağ” Avroliqanın Liqa mərhələsində keçirdiyi 5 oyunun 4-də meydanı məğlub tərk etdi. İndi Ağdam klubu 3 xalla 36 komanda arasında 32-ci pillədə qərarlaşıb. Mərhələ adlamaq üçün ən azı 24-cü yeri tutmaq lazımdır. Reqlamentə görə, ilk 8 pillənin sahibi birbaşa 1/8 final mərhələsinə vəsiqə qazanır. Liqa mərhələsində 9-24-cü yerdə qərarlaşanlar olimpiya sistemi ilə 8 qalibi müəyyənləşdirir. Həmin 8 qalib birbaşa mərhələ adlayanlara qoşulur.

Bizimyol.info xəbər verir ki, Liqa mərhələsində cəmi 8 tur keçiriləcək. “Qarabağ”ın Bakıda cəmi 1 oyunu qalıb. Yanvarın 23-də “Styaua”nı qonaq edəcəyik. Bu ilin son oyunu İsveçdə “Elfsborq”la baş tutacaq. Ümumilikdə Liqa mərhələsində son qarşılaşmamız isə Yunanıstanda “Olimpiakos”la olacaq.

Avroliqanın Liqa mərhələsində “Latsio”, “Atletik” və “Ayntraxt” çox uğurla çıxış edir. Bu klubların 13 xalı var. “Qalatasaray” haqqında da bu sözləri demək mümkündür. “Anderlext” kimi Türkiyə təmsilçisi də 11 xal toplayıb. “Qarabağ”ı məğlub etməyə imkan tapmış “Lion”, “Tottenhem” və “Ayaks”, o cümlədən “Reyncers” ilə “Styaua” ilk 10-luğu qapayırlar. Bu komandaların ən azı 24-lükdə yer alacağı şübhə doğurmur.

Bəs “Qarabağ”ın taleyi necə olacaq?

Ekspertlər turnir başlamazdan əvvəl proqnoz vermişdilər ki, 7-8 xalla pley-off mərhələsinə vəsiqə qazanmaq olar. Yəni “Qarabağ”a bir qələbə bəs etmir. Turnir cədvəli də bunu deyir. İndi 24-cü yerdə qərarlaşmış “Union”un 6 xalı var. 20-ci pillədə mövqe seçmiş “Midtyulland” 7 xal toplayıb. Böyük ehtimalla Danimarka klubu irəlidəki hər 3 oyunda uduzsa, pley-off mərhələsinə vəsiqə qazana bilməyəcək. Yəni 7 xal yetərli görünmür. Hesab edirik ki, “Qarabağ” xalını ən az 8-ə çatdırmalıdır. Ağdam klubu iki qələbə qazansa, kənarda qalacağı inandırıcı görünmür. Əlbəttə, 10 xala ehtiyac duyulması variantı da var.

Düşündüklərimiz mümkündürmü? Əslində, bu vəzifənin öhdəsindən gəlmək olar. Düzdür, iki səfər oyunu çətin görünür. Amma nəzərə alaq ki, “Qarabağ” səfərdə daha yaxşı oynayır. Bizim komanda vaxtilə “Olimpiakos”u Yunanıstanda 3:0 məğlub etmiş klubdur. Təəssüf ki, indi “Qarabağ” yaxşı günlərini yaşamır. Sanki komanda bu dəfə mərhələ adlamağa psixoloji baxımdan hazır deyil.

Aytən, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 29 Noyabr 2024 22:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see273

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see246

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see219

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see198

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see196

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see195

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see191

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see177

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see173

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see158

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see157

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see153

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see152

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see150

Agentlik 8 ölkədən jurnalist və blogerləri Azərbaycana gətirmək istəyir

25 Yanvar 2026 21:16see147

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see144

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see143

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see141

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see139

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri