“Qarabağ” mərhələ adlasa, bu komandayla qarşılaşacaq Yenilənib
Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bu gün İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqasının pley-off mərhələsinin püşkatma mərasimi keçiriləcək.
QOL.az xəbər verir ki, tədbir Bakı vaxtı ilə saat 14:00-da başlay;b.
Püşkatma zamanı Azərbaycan təmsilçisi “Qarabağ” da potensial rəqibini öyrənib.
Püşkün nəticəsinə görə, "Qarabağ" “Ludoqorets” (Bolqarıstan) – “Ferentsvaroş” (Macarıstan) cütünün qalibi ilə qarşılaşacaq.
Çempionlar Liqasının pley-off mərhələsinin oyunları 19/20 və 26/27 avqust tarixlərində keçiriləcək. "Qarabağ" mərhələ adlası ilk oyunu səfərdə keçirəcək.
Avroliqada da püşk atılır
Bu gün həmçinin Avropa Liqasının da pley-off mərhələsinin püşkü atllacaq. Bu zaman “Qarabağ” - “Şkendiya” (Şimali Makedoniya) cütünün məğlunun da rəqibi bəlli olacaq. Avroliqada pley-mərhələsinin püşkatma mərasimi isə Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.
Baxış sayı:73
Bu xəbər 04 Avqust 2025 14:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















