Icma.az
close
up
RU
“Qarabağ” “Napoli”yə iki qol “bağışladı”

“Qarabağ” “Napoli”yə iki qol “bağışladı”

Icma.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.

Çempionlar Liqası
liqa mərhələsi, 5-ci tur
Napoli (Neapol, İtaliya) - Qarabağ 2:0 (0:0)

32. Vanya Milinkoviç-Saviç
4. Alessandro Buoncorno
(5. Juan Jezus, 90)
13. Amir Rrahmani
31. Sem Beukema
(21. Matteo Politano, 64)
17. Matias Olivera
8. Skott Maktominey
68. Stanislav Lobotka
22. Covanni Di Lorentso (k)
70. Noa Lanq
(20. Elif Elmas, 75)
7. David Neres
(26. Antonio Verqara, 90)
19. Rasmus Höylunn
(27. Lorentso Lukka, 75)
Ehtiyat oyunçular
14. Nikita Kontini
25. Matias Ferrante
69. Cüzeppe Ambrozino
99. Mateuş Koxalski
44. Elvin Cəfərquliyev
(18. Dani Bolt, 75)
81. Kevin Medina
(3. Sami Mmae, 60)
13. Bəhlul Mustafazadə
2. Mateus Silva
(27. Toral Bayramov, 75)
8. Marko Yankoviç
35. Pedro Bikalyo
10. Abdulla Zubir (k)
11. Emmanuel Addai
15. Leandro Andrade
(21. Aleksey Kaşuk, 60)
17. Kamilo Duran
(7. Nəriman Axundzadə, 75)
Ehtiyat oyunçular
1. Şahruddin Məhəmmədəliyev
97. Fabian Buntiç
55. Bədavi Hüseynov
6. Kris Kuaku
9. Xonatan Montiel
22. Musa Qurbanlı
Baş məşqçi: Qurban Qurbanov
Qollar: S.Maktominey, 65 (1:0). M.Yankoviç, 72-öz qapısına (2:0).
R.Höylunn 56-cı dəqiqədə penaltidən yararlana bilməyib (qapıçı).
Vərəqələr: K.Medina, 43. N.Lanq, 50. M.Yankoviç, 55. A.Rrahmani, 77 – sarı.
Hakimlər: ŞİMON MARÇİNYAK, Tomaş Listkeviç, Adam Kupsik, Voytsex Mix (hamısı Polşa).
VAR hakimi: Pol van Bukel (Niderland).
VAR hakiminin köməkçisi: İvan Bebek (Xorvatiya).
Hakim-inspektor: Paskal Pyer Qəribyan (Fransa).
UEFA nümayəndəsi: Pidar Rayan (İrlandiya).
25 noyabr. Neapol. “Dieqo Armando Maradona” stadionu. 32019 tamaşaçı.
İkinci hissəyə 6 dəqiqə əlavə olunub.
11 (8) qapıya (“çərçivə”yə) zərbə 11 (3)
6 künc zərbəsi 4
1 ofsayd 2
18 qayda pozuntusu 6
2 (0) sarı (qırmızı) vərəqə 2 (0)
51 topa sahibolma (faizlə) 49
Liqa mərhələsinin püşkü atılanda “Napoli” ilə oyundan xal gözləməyən futbol ictimaiyyətinin mövqeyi ötən müddətdə dəyişmişdi. “Qarabağ”ın ilk dörd oyunda göstərdiyi nəticə, həmçinin neapolluların ciddi kadr problemi ilə üzləşməsi hər kəsin iştahını artırmışdı.

Zarafat deyil, De Bruyne, Gilmor və Zambo-Anqissa, Spinatsola kimi futbolçuların xidmətindən zədə üzündən məhrum olan Antonio Konte ehtiyat oyunçular skamyasında 8 oyunçu əyləşdirmişdi ki, ikisi qapıçı idi. Adətən, taktiki sxem və start heyəti kimi məsələlərə mühafizəkar yanaşan Qurban Qurbanov “Çelsi” ilə oyunla müqayisədə bir məcburi dəyişiklik etmişdi: Kadinin əvəzinə start heyətində Addai yer almışdı. Qurban bəy belədə Zubirin oynadığı sol cinahı Addaiyə tapşırmış, Abdullanı isə Kadinin mövqeyinə çəkmişdi.
Zaman göstərdi ki, bu dəyişiklik əbəsmiş. Bəli, Addai yetərincə fəal idi, hətta üç dəfə qapıya uzaqdan zərbə də vurdu, amma “Qarabağ”ın həmişə Cəfərquliyevlə Zubirin yer aldığı sol cinahı əvvəlki qədər effektli olmadı.
Leysanla müşayiət olunan oyunun 6-cı dəqiqəsində Addai uzaqdan bəxtini sınadı. “Napoli” isə 15-ci dəqiqədə daha maraqlı hücum qurdu. Sağ cinahla irəliləyən Neres cərimə meydançasına yaxşı ötürmə versə də, Bəhlul Höylunnu qabaqlaya bildi. 35-ci dəqiqədə Lanq Mateusun nəzarətindən qurtulub topu qapı qarşısına göndərdi. Neres ayaqlarının ucu ilə penalti nöqtəsi yaxınlığından zərvə vurdu və Koxalski inanılmaz seyvlə qola imkan vermədi. Ümumiyyətlə, polşalı qapıçı həmin gün bütün zərbələrin qarşısını aldı, Bəhlulun tərs vuruşunun səbəb olduğu qola qədər. Hissənin sonunda Buoncorno uzun ötürmə ilə Di Lorentsonu zərbə mövqeyinə çıxarsa da, bəxtimiz gətirdi, daha dəqiqi, Bəhlul son anda özünü topun qarşısına atdı.
“Qarabağ”ın oyununu yaxşı təhlil edən Konte müdafiəçilərin arxasına verilən ötürmələrin təhlükə yaradacağını bilirdi və oyunçuları da ondan lazımi təlimat almışdı. 42-ci dəqiqədə Neres də “çərçivə”yə düşə bilmədi və beləcə komandalar fasiləyə qolsuz bərabərliklə yollandı.
Nəticədən narazı olan “Napoli” 2-ci hissənin əvvəlində təzyiqi bir qədər də artırdı. Qeyd-şərtsiz qolların təməli məhz bu zaman kəsiyində qoyuldu. 51-ci dəqiqədə Maktomineyin zərbəsindən sonra Medina tapança atəşi ilə üzləşən adam kimi yerə yıxıldı. Kolumbiyalı müdafiəçi həkim yardımından sonra meydana qayıtsa da, özünə gələ bilmədiyi hiss olunurdu. Bəlkə də bu epizodun təsiri altında olan, ümumiyyətlə, xoş təsir bağışlamayan Yankoviç 54-cü dəqiqədə Buoncornodan ara ötürməsi alan Di Lorentsonun qapıçı ilə üzbəüz qalmasına mane olmaq istəyərkən kobud oynadı və hakim dərhal “nöqtə”ni göstərdi. Koxalskinin Höylunnla dueldən qalib ayrılması “Qarabağ”ı silkələməsi, ən azı psixoloji üstünlük ağdamlıların tərəfinə keçməliydi. Təəssüf ki, belə olmadı. Qurbanov narahat görünən Medina ilə özünə bənzəməyən Leandronu oyundan alıb, Mmae ilə Kaşuku mübarizəyə qoşdu.
Cəmi 5 dəqiqə sonra “Napoli” hesabı açdı. Meydan sahibləri künc zərbəsini yerinə yetirdi, Bəhlulun tərs toxunuşundan sonra Koxalski topun tora düşməsinin qarşısını alsa da, Maktomineyin təkrar zərbəsi dəqiq oldu. 67-ci dəqiqədə Maktomineyin daha bir zərbəsinin qarşısını qəhrəmancasına alan
Koxalski 72-ci dəqiqədə yenə “ağ bayraq qaldırdı”. Daha bir bəsit qol buraxdıq. Buna qədər bir zərbəsi tirdən dönən Neresin başladığı təhlükəli hücumun sonunda Maktominey topu qapıya göndərmək istədi, Yankoviçin uğursuz toxunuşu “Qarabağ”ı oyuna mərkəzdən başlamağa məcbur etdi. Qurban bəy bundan sonra ümidləri doğrultmayan üç oyunçunu – Cəfərquliyev, Silva və Duranı, uyğun olaraq, Bolt, Bayramov və Axundzadə ilə əvəzlədi. Ancaq yenilər də oyunda məzmun dəyişikliyi yarada bilmədi, uzaqbaşı Nərimanın 90+1-ci dəqiqədəki tələsik zərbəsini xatırlatmaq olar.
Bəli, səfərdə “Napoli”yə 0:2 uduzan “Qarabağ” ilk 24 komanda arasına düşmək şansını bir qədər çətinə saldı. İndi əsas vəzifə dekabrın 10-da Bakıda keçiriləcək oyunda turnirin aşkar autsayderi “Ayaks”ı məğlub etməkdi.
ORXAN

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:300
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 29 Noyabr 2025 12:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see343

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see339

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see335

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see300

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see292

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see290

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see287

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see277

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see276

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see267

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see262

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see235

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see233

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see230

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see225

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see222

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see222

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see221

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see218

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri