“Qarabağ” “Neftçi” oyununa görə 8700 manatlıq cərimə
Azxeber.com portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
AZXEBER.COM xəbər verir ki, iclasda Misli Premyer Liqasının 8-ci turunda baş verən qayda pozuntuları ilə bağlı qərarlar verilib.
"Şamaxı”– "Şəfa” oyununun 85-ci dəqiqəsində "Şamaxı” komandasının məşqçisi Araz Bağırov hakimin qərarına etiraz etdiyinə görə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəzalandırılıb, klub 2500 manat cərimə edilib.
"Şəfa” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün klub 700 manat cərimə edilib.
"Sumqayıt”– "Araz-Naxçıvan” oyununun 86-cı dəqiqəsində "Araz-Naxçıvan” komandasının futbolçusu Ağadadaş Salyanski ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1oyunluq cəzalandırılıb, klub 500 manat cərimə edilib.
"Qarabağ”– "Neftçi” oyununda "Qarabağ” komandasının azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə klub 5000 manat cərimə edilib.
"Neftçi” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün klub 700 manat cərimə edilib. "Neftçi” komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə klub 3000 manat cərimə edilib.
Matçın 90+4-cü dəqiqəsində "Neftçi” komandasının mətbuat katibi Asəf Zeynallı tərəfindən stadiona kiçik zərər vurulduğuna, dəymiş zərər yerində ödənildiyinə görə Asəf Zeynallıya xəbərdarlıq edilib.
"İmişli”– "Turan Tovuz” oyununda "Turan Tovuz” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün klub 700 manat cərimə edilib.
Baxış sayı:41
Bu xəbər 20 Oktyabr 2026 17:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















