“Qarabağ” Nihad Muxakiçin transferini bitirir
Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Qarabağ” yaxın vaxtlarda Serbiyanın “Partizan” klubunun müdafiəçisi Nihad Muxakiçin transferini rəsmən açıqlaya bilər.
QOL.az xəbər verir ki, bu barədə Serbiya mətbuatı məlumat yayıb.
Məlumata görə, klublar bosniyalı mərkəz müdafiəçisinin keçidi ilə bağlı bütün detalları razılaşdırıblar. “Sportski zurnal” nəşrinin iddiasına əsasən, Belqrad təmsilçisi futbolçunu satmağa məcbur qalıb. Buna səbəb klubun 28 yaşlı oyunçunun aylıq 40 min avro məvacibini ödəməkdə çətinlik çəkməsidir.
Bildirilib ki, Ağdam klubu “Partizan”a bu transfer üçün bir neçə yüz min avro təzminat ödəyəcək.
Qeyd edək ki, Bosniya və Herseqovina millisinin üzvü olan Muxakiç ötən mövsümü icarə əsasında Türkiyənin “Qaziantep” klubunda keçirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 12 İyul 2026 09:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















