Icma.az
close
up
RU
“Qarabağ” niyə bu qədər çox sevilir? gecə 12 dən sonranın yazısı

“Qarabağ” niyə bu qədər çox sevilir? gecə 12 dən sonranın yazısı

Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.

Dünən Bakı yenə iflic idi. Yağış, paradla bağlı hazırlıq və nəhayət, “Qarabağ”ın axşamkı oyunu.

“Qarabağ”ın evdə keçirdiyi avrokubok oyunlarında paytaxtda həyat dayanır. Artıq bu reallığı qəbul etmək, anlamaq və barışmaq lazımdı. Təsəvvür edirsizmi, bir soyuq payız gecəsində Bakıda kücələr dolub-daşır, saat 12-dən sonra dillərdə yalnız “Qarabağ”ın adı var. “Kaşuk o qolu vursaydı, udacaqdıq”, “Napoli” ilə nə vaxt oynayırıq”, “növbəti mərhələyə çıxmaq üçün daha nə qədər xal lazımdı” və s. və i.a. Adam istər-istəməz söhbətə qoşulur, nəyisə səhv salanın sözünə düzəliş etmək istəyirsən, müzakirələrin bir fərdinə çevrilirsən. Maraqlı həyatdı, vallah. Bu həyatın, yaşadığımız günlərin və hisslərin qədrini bilmək lazımdı. Bir də Allah bilir nə vaxt yaşayacağıq eyni hissləri? Ümumiyyətlə, bir də yaşayacağıqmı?!
Bilmirəm, fərqinə varıbsız, ya yox, “Qarabağ” bu ölkədə eyni anda milyonları sevindirməyi, duyğulandırmağı, düşündürməyi, kədərləndirməyi bacaran tək varlıqdı. Torpaqlarımız işğal altında olanda Qarabağ milli özünüdərkin əsas rəmzi, cəmiyyəti silkələyən hərəkətverici qüvvə, əsas milli ideya idi. İndi isə onun yerini “Qarabağ” tutmağa başlayır.
Əslində o Qarabağla bu “Qarabağ” arasında ayrılmaz mənəvi-ruhani-ülvi bağ var. Qurban Qurbanov etiraf etmişdi, doğrudan da, belədi: Qarabağın işğaldan azad olunması komandanın da, futbolçuların da obrazını dəyişib. Sanki sözün yaxşı mənasında beyinləri yuyulub, köhnə hüceyrələr çıxarılıb, əvəzinə yeni – qələbə hüceyrələri qoyulub. Yoxsa özündən bütün komponentlərdə qat-qat güclü olan rəqibə qarşı bu nə dirənişdi, nə müqavimətdi, nə əzəmətdi? Komanda hər oyuna sanki dünyanın sonu yetişibmiş kimi çıxır. Və nədənsə mənə elə gəlir ki, Qurban bəy artıq özü 24 komanda arasına düşməyin mümkünlüyünə dəhşətli dərəcədə inanır. İndi qalır həmin ideyanı, fikri, düşüncəni, hədəfi futbolçuların da qələbə hüceyrələrinin üzərinə, DNT kodlarına yazmaq! Liqa mərhələsinin son dörd oyununda “Qarabağ”ın əsas hədəfi bu olmalıdı. Addım-addım, oyun-oyun irəliləmək, xalların üzərinə bacardıqca nəsə əlavə etmək, öz cəsarətdindən qorxmamaq! “Qarabağ” cəsarətindən qorxmasa, hər şey yaxşı olacaq. İstər əlbəyaxa davaya çıxan, istər döyüşə girən hər kəsə tanış olan hisslər var: ilk anlarda bir qədər narahat olur, həyəcanlanırsan. Amma savaş həyat tərzinə çevrilən kimi durum asanlaşır.
“Qarabağ” “Ferentsvaroş”u adlayıb liqa mərhələsinə düşəndə necə böyük savaşın iştirakçısı olacağını bilirdi. Odu ki, bu durumu qəbul etmək və irəliləmək lazımdı. İlk 4 oyunda 7 xal toplayandan sonra növbəti 4 oyunda 3-4 xalın çatışmazlığına qurban getmək ağır olar. Ey, “Qarabağ” camiəsi, məni eşidirsizmi?
ORXAN

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:61
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 06 Noyabr 2025 14:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see164

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see164

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see162

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see161

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see153

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see151

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see148

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see140

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see138

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see134

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see133

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see127

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see127

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri