Icma.az
close
up
RU
“Qarabağ” “Nyukasl”: Gözləntilər nələrdir? KONKRET

“Qarabağ” “Nyukasl”: Gözləntilər nələrdir? KONKRET

Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Avropadakı qürurumuz “Qarabağ” Çempionlar Liqasında yeni tarix yazmağa hazırlaşır.

Komandamız UEFA Çempionlar Liqasının pley-off mərhələsində İngiltərənin “Nyukasl” klubu ilə qarşılaşacaq. İlk qarşılaşma fevralın 18-də saat 21:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Cavab görüşü isə fevralın 24-dən 25-nə keçən gecə saat 00:00-da başlayacaq.

Maraqlıdır, “Qarabağ”dan bu mərhələdə gözləntilər nələrdir? Komandamız “Nyukasl”ı keçə bilər?

KONKRET.az bildirir ki, mövzu ilə bağlı futbol eksperti Aslan Kərimov hit.az-a danışıb.

O bildirib ki, bizi yaxşı bir oyun gözləyir:“Əslində, komandamızın Çempionlar Liqası kimi bir turnirdə qarşılaşdığı bütün rəqiblərlə oyunları həddindən artıq çox gərgin keçdi, amma pley-off mərhələsinə düşməyi bacardı. Bu mərhələdə də bizim üçün uğurlu püşkatma oldu. Hazırda hər iki komanda çox çətin vəziyyətdədir. Çempionlar Liqasından əvvəl daxili çempionat və ölkə kubokunda oyunlara çıxmaq “Qarabağ”a çox təsir edir. Faktiki olaraq, “Qarabağ” “Nyukasl”la oyuna özünün ən optimal vəziyyətində çıxa bilmir. Düzdür, rəqibimizin də işi asan deyil. Onlar da dörd turnirdə mübarizə aparırlar. Ancaq onların ən böyük üstünlüyü ingilis klublarının belə sıx qrafikdə oynamağa alışmasıdır”.

Ekspert qeyd edib ki, ilk matçda “Qarabağ” rəqibini evində qəbul etməsinə rəğmən, işi çətin olacaq:“Ən böyük çətinlik, “Qarabağ”ın ardıcıl oyunlar oynamaq məcburiyyətində olmasıdır. Ən azından son oyunlarda rotasiya etdikləri üçün məğlub olublar. Amma matçın gərgin keçəcəyi bir balaca rəqiblə oyunumuzu bərabərləşdirir. Mən bu matçı “Çelsi” ilə oyunla əlaqələndirərdim. Lakin “Nyukasl” fiziki cəhətdən yaxşıdır və atletik oyuna üstünlük verən bir komandadır. Heyətlərində çox yaxşı futbolçular var. Rəqibimiz pressinq edən və qarşı tərəfi daim təzyiq altında saxlamağa çalışan komandadır”.

Onun sözlərinə görə, Bakıdakı oyunda cinah müdafiəçilərimiz özlərini ən yaxşı tərəfdən göstərməyə çalışacaqlar:“Düşünürəm ki, “Ayntraxt”la oyunda olduğu kimi bu cür hücumlarla biz “Nyukasl”ın müdafiə xəttini keçməyə və qol vurmağa çalışacağıq. Əminəm ki, Bakıda qol şanslarımız olacaq və qol vura biləcəyik. Lakin bizim zəif nöqtələrimiz künc zərbələri və qapıya tərəf cinah ötürmələridir. Onda bir balaca çətinliklə üzləşə bilərik. Hər halda, bizi “Nyukasl”la yaxşı bir oyun gözləyir. Məncə, ən azından Bakıda oynadığımız oyunda azarkeşlərimizin də dəstəyi ilə bərabərə qalmaq ehtimalımız yüksəkdir. Ən pis halda bərabərliyi 50 faiz olaraq dəyərləndirərdim”.

Aslan Kərimov onu əlavə edib ki, “Nyukasl”la səfər oyunu digər matçlardan tamamilə fərqlənəcək:“Çünki digər rəqiblərlə yalnız bir oyun idi. Yəni cavab oyunu olmadan tək oyunda 3 xal toplamaq tələb olunurdu. Bu mərhələdə isə iki oyunun nəticəsinə əsasən turu keçmək lazımdır. Məncə, Bakıdakı oyunda qol və qollar vurmaq şanslarımız daha çox olacaq. Birinci oyunun nəticəsi bilavasitə ikinci oyuna da təsir edəcək. Yəni burada heç-heçə etsək, cavab oyununda rəqibimizi əks-həmlələrdə yaxalamaq şansımız daha yüksək olar. Məğlub olduğumuz durumda isə səfərdə bir az çətinliklə üzləşə bilərik. O zaman İngiltərədə daha riskli oynamaq məcburiyyətində qalacağıq. Ümumilikdə, turu keçmək şanslarımız var”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:208
embedMənbə:https://konkret.az
archiveBu xəbər 06 Fevral 2026 20:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see299

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see294

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see285

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see272

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see264

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see262

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see247

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see236

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see230

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see222

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see214

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see213

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see213

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see210

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see207

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see197

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see195

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see195

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see190

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri