Icma.az
close
up
RU
“Qarabağ” oyunçularının bu duruşu azarkeşlərdə etiraz yaratdı Şəkil

“Qarabağ” oyunçularının bu duruşu azarkeşlərdə etiraz yaratdı Şəkil

Misli Premyer Liqasının 15-ci turunun bu gün keçirilən “Neftçi” - “Qarabağ” matçında meydan sahibi azarkeşlərinjn narazılığına səbəb olan hadisə yaşanıb.

QOL.az xəbər verir ki, bu, 27-ci dəqiqədə “Qarabağ”ın futbolçusu Leandro Andradenin hesabı açdıqdan sonra baş verib. 

Andrede komanda yoldaşı Kevin Medina ilə birgə “Neftçi” azarkeşlərinin oturduğu qapının arxa tribunası önündə qol sevinclərini qalib ədası formasında şəkil çəkdirməklə ifadə ediblər. Bu isə yerli azarkeşlərin etirazına səbəb olub.

Baş hakim Əliyar Ağayev dərhal hər iki oyunçuya sarı vərəqə göstərib. Bu, azarkeşlərə yönələn qıcıqlandırıcı hərəkət kimi qiymətləndirilib. Futbolçular isə əlləri ilə işarə ediblər ki, sadəcə fotoqraflara şəkil çəkdirmək üçün belə addım atıblar.

seeBaxış sayı:56
embedMənbə:https://qol.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri