Qarabağ pakistanlı futbolçu üçün danışıq aparır
Icma.az, Qol.az portalına istinadən məlumat yayır.
"Qarabağ" İsveçin "Myollbü" klubunun pakistanlı futbolçusu Abdullah İqbal ilə maraqlanır.
QOL.az xəbər verir ki, bu barədə "Propakistani" nəşri məlumat yayıb.
Xəbərdə bildirilib ki, Ağdam klubu 23 yaşlı mərkəz müdafiəçisi üçün onun klubuna təklif göndərib.
Daha əvvəl isə Macarıstanın "Ferentsvaroş" və Belçika "Gent" klubunun da İqbalı heyətinə cəlb etmək istədiyi barədə xəbərlər yayılıb.
Nəşrin yazdığına görə, "Qarabağ" müntəzəm, eləcə də hazırda UEFA Çempionlar Liqasında iştirak edir ki, bu da Pakistan millisinin üzvü üçün doğru seçim kimi qiymətləndirilə bilər.
Danimarkada doğulan və 192 sm boya malik Abdullah İqbal ötən mövsüm "Myöllbü"nün heyətində İsveç çempionatında 24 oyun keçirib, 2 məhsuldar ötürmə edib. Onun klubu ilə müqaviləsi 2028-ci ilin dekabrına qədərdir.
Pakistan millisinin kapitanı yığmada 19 matçda meydana çıxıb. "Transfermarkt" portalı İqbalın dəyərini 2 milyon avro olaraq qiymətləndirir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 07 Yanvar 2026 11:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















