Qarabağ Peşə Hazırlığı Mərkəzində bu il 600 nəfər kurslara cəlb olunub
Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qarabağ Peşə Hazırlığı Mərkəzi tərəfindən 2024-cü ilin ötən dövrü ərzində ümumilikdə 600 nəfər peşə hazırlığı kurslarına cəlb olunub. Onlardan 272 nəfəri işğaldan azad olunmuş ərazilərin sakinləridir.
Nazirlikdən Moderator.az-a bildirilib ki, kurslar kompüter operatoru, ərzaq və qeyri-ərzaq malları satıcısı, nəzarətçi-xəzinədar, tikiş avadanlıqlarının operatoru, tikişçi, elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru, genişprofilli dəzgahçı, həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi və digər peşələri əhatə edir.
Hazırda mərkəzdə 110 nəfərin peşə tədrisi davam edir. Kursu uğurla bitirən şəxslərin işlə təminatına da dəstək göstərilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 25 Noyabr 2024 16:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















