Icma.az
close
up
RU
Qarabağ Peşə Hazırlığı Mərkəzinə infotur təşkil edilib

Qarabağ Peşə Hazırlığı Mərkəzinə infotur təşkil edilib

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 18 dekabr, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi QHT nümayəndələri, o cümlədən nazirlik yanında İctimai şuranın üzvləri üçün Bərdə şəhərindəki Qarabağ Peşə Hazırlığı Mərkəzinə infotur təşkil edib.

Nairliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, 2023-cü ildə Prezident İlham Əliyevin iştirakı ilə açılışı olan Qarabağ Peşə Hazırlığı Mərkəzində 7 emalatxana, 8 sinif və instruksiya otağı, Peşəyönümü və Karyera Planlaması Mərkəzi, eləcə də inzibati və texniki otaqlar fəaliyyət göstərir. Müasir texniki avadanlıqlarla təchiz olunan müəssisədə 48 peşə istiqaməti üzrə tədrisin təşkili üçün imkanlar yaradılıb.

Mərkəzdə yaradılmış şəraitlə tanış olan infotur iştirakçılarına burada peşə hazırlığı proqramlarının təşkili və tədris prosesi barədə ətraflı məlumat verilib.

Qeyd olunub ki, Qarabağ Peşə Hazırlığı Mərkəzində ötən dövrdə 1400-ə yaxın şəxs, o cümlədən işğaldan azad olunmuş ərazilərin sakinləri olan 500 nəfərdən çox şəxs müxtəlif peşələr üzrə peşə hazırlığı kurslarına cəlb olunub. Təlim proqramları hazırlanarkən xüsusilə işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən və fəaliyyətə başlayacaq işəgötürənlərin tələbləri, eləcə də regionun əmək bazarının prioritetləri nəzərə alınır.

Tədris prosesi müvafiq meyarlar əsasında seçilmiş, peşəkar və təcrübəli mütəxəssislər tərəfindən həyata keçirilir.

İnfotur çərçivəsində iştirakçıların sualları cavablandırılıb, mərkəzin fəaliyyəti ilə bağlı fikir və təkliflər dinlənib.

Qeyd olunub ki, belə tədbirlərin keçirilməsi peşə hazırlığı sahəsində şəffaflığın artırılmasına, ictimai nəzarətin gücləndirilməsinə və görülən işlərin geniş ictimaiyyətə çatdırılmasına xidmət edir.

-1 / 6

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:143
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Dekabr 2025 13:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see378

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see371

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see361

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see361

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see359

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see341

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see340

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see323

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see321

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see318

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see306

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see303

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see299

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see290

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see271

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see269

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see255

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see220

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see220

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri