“Qarabağ” play off un bir ADDIMLIĞINDA “Ayntraxt”la görüşdə komandamızın QƏLƏBƏ ŞANSLARI
Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.
Bu gün futbol üzrə Çempionlar Liqasının 7-ci turu çərçivəsində “Qarabağ” “Ayntraxt”ı qəbul edəcək. Görüş komandamız üçün olduqca əhəmiyyətlidir. Çünki qalib gələcəyi halda Ağdam təmsilçisi play-off-a çıxmaq şansını xeyli artıracaq.
Oyun öncəsi futbol ekspertləri Bizim.Media-ya açıqlamalarında komandamızın “Ayntraxt”a qarşı şanslarını dəyərləndirib.
Milli komandamızın keçmiş üzvü Arif Əsədov hesab edir ki, qələbə Qurban Qurbanovun komandasına hava-su kimi vacibdir:
“Bu “Qarabağ”ın mövsümdə bəlkə də ən vacib oyunudur. Çünki qələbə komandanı play-off mərhələsinə bir addım da yaxınlaşdıracaq. Komanda qış fasiləsinə lider kimi yollana bilmədi. Çempionatda birinciliyi əldən verdi. Ancaq fasilə zamanı keçirilən yoxlama oyunları göstərdi ki, komandada ab-hava düzəlib və zədəli oyunçular da sıraya dönüb.
Futbolçuların psixoloji durumu yaxşıdır. Rəqib “Ayntraxt”da isə əksinə vəziyyət o qədər də yaxşı deyil. Son məğlubiyyətlərdən sonra baş məşqçi istefaya göndərilib. Əvəzinə gənclər komandasınını məşqçisi gətirilib. Bu vəziyyət “Qarabağ”ın xeyrinə də ola bilər, ziyanına da.
Şanslara gəldikdə mən “Qarabağ”ın dogma meydanda oynadığı üçün qələbə qazana biləcəyini düşünürəm. Azarkeş amili, komandanın nəticəsinə ciddi təsir göstərəcək. Ancaq rəqib sıradan bir komanda deyil. Ona görə də ehtiyatı əldən vermək olmaz. “Qarabağ” təmkinlə oynayıb qalib gəlməlidir”.
Millimizin digər bir keçmiş üzvü Mahmud Qurbanov oyunun “Qarabağ” üçün çətin keçəcəyini deyib:
“Ayntraxt” həm Bundesliqada, həm də Çempionlar Liqasında yaxşı çıxış etmir. Çoxlu qol buraxmaları müdafiə xəttinin zəif olmasından irəli gəlir. Baş məşqçini də istefaya göndəriblər.
Ancaq “Qarabağ” üçün çətin oyun olacaq. Bir tərəfdən qarşısında Bundesliqanın təcrübəli komandası, bir tərəfdən də komandanın üzərində olan təzyiq. Hamı komandadan qələbə gözləyir.
“Qarabağ”ın növbəti mərhələyə çıxmaq üçün yaxşı şansı var və bundan da istifadə etmək lazımdır. Yəni qələbə komandanı böyük ehtimalla play-off-a çıxaracaq. “Ayntraxt”ın da nəzəri cəhətdən play-off-a çıxmaq şansları var. Ona görə hesab edirəm ki, bizi çox maraqlı qarşılaşma gözləyir”.
Veteran futbolçu Bəxtiyar Musayev “Qarabağ”ın play-off mərhələsinə çıxmaq şansının real olduğunu düşünür:
“Qarabağ” çox çətin oyuna çıxacaq. Top-5 ölkələrin təmsilçiləri ilə oynamaq heç də asan deyil. Ancaq Ağdam klubundan qələbə gözləyirik və bunun da səbəbi var. Çünki Qurban Qurbanovun komandası öz oyunu ilə bu rəğbəti qazanıb. Komandamızın qələbə şansları var, ancaq məğlubiyyət olsa, belə faciə sayılmamalıdır. Çünki “Ayntraxt” Almaniyanın sayılıb-seçilən klublarından biridir. Çox istərdim ki, “Qarabağ” qələbə qazanıb play-off mərhələsinə yüksəlsin. Buna komandanın haqqı çatır”.
Rəşad Rafiqoğlu, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 21 Yanvar 2026 12:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















