Qarabağ Premyer Liqada növbəti qələbəsini qazanıb
Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Qarabağ" Misli Premyer Liqasında növbəti qələbəsini qazanıb.
Ölkə.az "Report"a istinadən xəbər verir ki, Ağdam təmsilçisi XIII turda "Zirə" ilə üz-üzə gəlib.
⁷Qarşılaşma "köhlən atlar"ın qələbəsi ilə yekunlaşıb - 4:0. 2-ci dəqiqədə Mateuş Silva hesabı açıb. 52-ci dəqiqədə Yassin Benziya penaltini dəqiq yerinə yetirib. 60-cı dəqiqədə Bəhlul Mustafazadə fərqi daha da artırıb. Səkkiz dəqiqə sonra Aleksey Kaşuk dördüncü qolu vurub.
Hazırda lider olan "Qarabağ" xallarının sayını 31-ə çatdırıb. Paytaxt klubu 20 xalla 4-cü pillədə qərarlaşıb.
Günün ilk matçında "Araz-Naxçıvan" "Sumqayıt"ı məğlub edib - 1:0.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Neftçi" "Şamaxı" ilə (2:2), "Səbail" "Turan Tovuz"la (1:1), "Sabah" isə "Kəpəz"lə (2:2) heç-heçə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 10 Noyabr 2024 20:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















