Qarabağ prezidentindən BOS açıqlaması
Icma.az, Qol.az portalına istinadən məlumat yayır.
"Qarabağ"ın Çempionlar Liqasının Liqa mərhəsindəki heç bir oyunu Bakı Olimpiya Stadionunda keçirilməyəcək.
QOL.az xəbər verir ki, bu barədə klub prezidenti Tahir Gözəl jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, hazırda həmin stadionun ot örtüyü yoxdur. T.Gözəl bütün qarşılaşmaların Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacağını diqqətə çatdırıb.
O, Liqa mərhələsindəki hər bir rəqiblə oyunların maraqlı olacağını dilə gətirib: "İngiltərənin "Çelsi" və "Liverpul" kimi komandalarına qarşı oynayacağıq. Portuqaliya klubları ilə oynamaq mənə ləzzət verir.
"Napoli" də İtaliya üçün əzilmiş xalqın savaş simvoludur. Belə bir klubun "Qarabağ"la oynaması çox böyük bayramdır. Xaricdə bunu biləndə məni qucaqlayırlar. Artıq bizi sevir, qəbul edir, sevinirlər". (sportnet.az)
Baxış sayı:106
Bu xəbər 05 Sentyabr 2025 16:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















