“Qarabağ” Qarabağa yollanıb
Icma.az xəbər verir, Idmanxeber.az saytına əsaslanaraq.
Bu gün “Qarabağ” futbol klubunun Şuşa, Xankəndi, Ağdam və Füzuli sakinləri ilə görüşü baş tutacaq.
İdmanxeber.az xəbər verir ki, Ağdam təmsilçisi Füzuli hava limanına eniş edib.
Qurban Qurbanov və klub nümayəndələri Şuşa stadionunda azarkeşlərlə görüşəcək.
Ardınca isə onlar Xankəndiyə yollanacaq və Qarabağ Universitetində tələbələrlə tanış olacaq.
Növbəti dayanacaq isə Ağdam olacaq. Klub şəhər sakinləri ilə görüşəcək və “İmarət” Kompleksinə baxış keçiriləcək.
Ardınca “köhlən atlar” Füzuliyə qayıdacaq. Şəhər mərkəzində yerli sakinlərlə görüş və Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbə gəzinti baş tutacaq.
Baxış sayı:125
Bu xəbər 25 İyun 2025 10:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















