Icma.az
close
up
RU
“Qarabağ” qrupa düşəcək, qalan klubların irəliləməsi püşkdən asılıdı”

“Qarabağ” qrupa düşəcək, qalan klubların irəliləməsi püşkdən asılıdı”

Footbal-plus saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ölkəmizin avrokubokların 2025/26 mövsümündə təmsilçiliyi ilə bağlı mənzərə, demək olar ki, dəqiqləşib.

Premyer-liqada sona iki tur qalmış və ölkə kubokunun finalı ərəfəsində faktiki avrokuboklara üç vəsiqənin sahibi bəllidi. “Qarabağ”, “Zirə” və “Araz-Naxçıvan” mövsümün sonunda UEFA turnirlərində iştirak hüququnu artıq təmin edib. Amma avrokuboklara 4-cü vəsiqə uğrunda mübarizə davam edir. Həlledici məqam isə ölkə kubokunun finalıdı. “Qarabağ” finalda qalib gələrsə, “Turan Tovuz”, uduzarsa, “Sabah” Avropaya yollanacaq. Kubokun mayın 31-də keçiriləcək finalında “Qarabağ”la “Sabah” ilə üz-üzə gələcək.
Bəs bu komandanın indiki durumunu necə dəyərləndirmək olar, hansı avrokuboklarda bir neçə mərhələ adlamağa qadirdi? Hansı çatışmazlıqlar var, bunları fasilədə aradan qaldırmaq mümkün olacaqmı? Bu beş komandadan hansıların oyub üslubu ürəyinizcədi?
Bu sualları təcrübəli mütəxəssis Aslan Kərimova ünvanladıq:
“Ümumi götürsək, artıq demək olar ki, avrokuboklara yollanacaq komandalar bəllidi. Yalnız final oyunundan sonra 4-cü yerin taleyi dəqiqləşəcək. Hazırda “Qarabağ”, “Zirə” və “Araz Naxçıvan” avrokuboklarla vəsiqəni, demək olar ki, təmin edib. Hərçənd “Araz Naxçıvan”ın 3-cü yeri əldən verə biləcəyi ehtimalı nəzəri cəhətdən var. Yəni naxçıvanlılar “Turan Tovuz”la yerini dəyişə biıər.

“Qarabağ”, “Zirə”, “Araz-Naxçıvan” və “Sabah”la “Turan Tovuz”dan boiri gələn mövsüm avrokuboklarda ölkəmizi təmsil edəcək. Potensiala gəlincə, istisnasız “Qarabağ” ön plana çıxır. Həm təcrübə, həm maliyyə imkanları, həm də oyunçu keyfiyyəti baxımından bu komandanın həm Çempionlar Liqasının, həm də Avropa Liqasının qrupuna düşmək gücü var. Məncə, hər şey yaxşı getsə, “Qarabağ” bu il Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazana bilər. Ən pis halda isə Avropa Liqasının əsas mərhələsində çıxış edəcəyini proqnozlaşdırmaq olar. Qalan klublar üçün vəziyyət daha çətindi. Onların uğuru birbaşa püşkatmada qarşılarına çıxacaq rəqibdən asılıdı. Təəssüf ki, maliyyə imkanları, təcrübə və oyunçu keyfiyyəti baxımından Avropanın orta səviyyəli klublarından geri qalırıq. “Qarabağ” reytinqi hesabına ilk mərhələlərdə özündən zəif rəqiblərlə qarşılaşacaq. Lakin “Zirə”, “Araz Naxçıvan”, “Sabah” və ya “Turan Tovuz” daha güclü rəqiblərlə üz-üzə gələcək. Bu da onların növbəti mərhələlərə keçməsini çətinləşdirəcək. Yəni yekun fikir kimi onu deyə bilərəm ki, “Qarabağ” istisna olmaqla başqa klublarımızın nə qədər irəliləyə biləcəyini yalnız rəqibləri müəyyənləşdirəcək. İndiki durumda bu haqda konkret proqnoz vermək çətindi. ansısa komandamızın oyun üslubunu dəyərləndirməyi lazım bilmirəm”.


ƏSƏD SEYİDOV
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 19 May 2025 16:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see204

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see194

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see171

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see170

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see134

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see125

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri