Qarabağ rəhbərliyi Yankoviçlə bağlı yekun qərarını verdi SON DURUM
Fanat saytına istinadən Icma.az xəbər verir.
"Qarabağ" rəhbərliyi komandanın yarımmüdafiəçisi Marko Yankoviçlə bağlı qərarını qətiləşdirib.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, hazırda monteneqrolu legioner üçün Azərbaycan çempionuna rəsmi təklif göndərilməyib.
Lakin bu baş verəcəyi halda, "köhlənlər" sözügedən əcnəbi ilə vidalaşacaqlar. Səbəb isə Markonun bütün diqqətini oyununa yönəltməməsi və müəyyən davranışları ilə komandadaxili ab-havanı pozmasıdır. Belə ki, UEFA Çempionlar Liqasında sərgilədiyi parlaq çıxış fonunda bir neçə Avropa təmsilçisində maraq oyadan orta xətt oyunçusu menecerlər vasitəsi ilə ona göndərilən çağırışların təsiri altına düşüb. Komanda yoldaşlarının bir sıra önəmli matçlardan sonra Yankoviçə iradlarını bildirməsi də faktdır. Vəziyyətin bu yerdə olması baş məşqçi Qurban Qurbanovu da narahat edir. Təcrübəli mütəxəssis ürəyi "Qarabağ"la döyünməyən əcnəbinin yola salınmasının əleyhinə deyil.
Nihat
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:47
Bu xəbər 30 Dekabr 2025 16:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















