Icma.az
close
up
RU
“Qarabağ” “Sabah” matçı: çempionluq yarışının taleyi bu oyunda həll oluna bilər

“Qarabağ” “Sabah” matçı: çempionluq yarışının taleyi bu oyunda həll oluna bilər

Icma.az xəbər verir, Azxeber.com saytına əsaslanaraq.

Misli Premyer Liqasında çempionluq uğrunda mübarizəni müəyyənləşdirəcək ən vacib qarşılaşmalardan biri sabah keçiriləcək. Aprelin 18-də "Qarabağ” ilə "Sabah”komandaları üz-üzə gələcək. Görüş Bakıdakı Tofiq Bəhrəmov adına Respublika stadionunda saat 19:30-da start götürəcək. Turnir cədvəlinin zirvəsi uğrunda həlledici əhəmiyyət daşıyan bu matç çempionluq yarışında ciddi təsirə malikdir.

Futbol şərhçisi Ramiz Mirzəzadə AZXEBER.COM-a açıqlamasında bildirib ki, bu oyun ən vacib qarşılaşmalardan biridir:

"Bu mövsüm Misli Premyer Liqasının ən vacib qarşılaşmalarından biridir. Bu, çempionluq uğrunda həlledici oyunlardan sayılır. "Sabah” komandası turnir cədvəlinin lideridir və "Qarabağ”la aradakı 10 xallıq fərqin azalmaması üçün bu görüşdə məğlub olmamağa çalışacaq. Tarixində ilk dəfə çempion olmaq istəyən "Sabah” komandası bu mövsüm "Qarabağ”la keçirdiyi oyunların heç birində məğlub olmayıb. Bu, olduqca önəmli göstəricidir.

Azərbaycan Kubokunda da komandalar yarımfinal mərhələsində üz-üzə gəlib və iki oyunun nəticəsinə əsasən bərabərlik qeydə alınıb”. 

O qeyd edib ki, əgər "Qarabağ” sabahkı görüşdə qalib gələrsə, xal fərqini 7-yə endirə bilər:

"Bu mövsüm "Sabah” "Qarabağ” qarşılaşmaları çox maraqlı və gərgin rəqabət şəraitində keçir.

Bu oyun çempionat üçün sonuncu duel sayılır. "Qarabağ”ın ehtiyatda bir oyunu da var-"Neftçi” ilə təxirə salınmış qarşılaşma. Əgər "Qarabağ” sabahkı görüşdə qalib gələrsə, xal fərqini 7-yə endirə bilər. Ardınca "Neftçi” ilə olan oyunda da qələbə qazanarsa, fərq 4 xala qədər azala bilər. Qarşılaşmanın nəticəsi müəyyən mənada "Sabah”ın performansından asılı olacaq”.

Futbol şərhçisi deyib ki, "Qarabağ” üçün ən kritik matçlardan biridir:

"”Qarabağ” üçün isə bu, olduqca həlledici oyundur. Əgər komanda çempionluq mübarizəsini davam etdirmək istəyirsə, bu görüşdə nəyin bahasına olursa-olsun qələbə qazanmağa çalışacaq. Düşünürəm ki, bizi çox maraqlı və vacib bir oyun gözləyir. "Qarabağ” üçün bu qarşılaşma çempionluq yolunda əsas rəqibini məğlub etmək baxımından ən kritik matçlardan biridir”.

Şahanə Ziyad

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 17 Aprel 2026 17:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see347

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see331

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see273

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see265

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see243

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see234

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see222

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see214

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see213

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see210

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see206

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see206

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see202

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see188

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see188

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see182

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see177

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see176

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see168

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri