“Qarabağ” “Sabah” matçında azarkeş rekordu qeydə alına bilər
Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.
Azərbaycan Premyer Liqasının 28-ci turunun “Qarabağ” – “Sabah” matçında azarkeş rekordu qeydə alına bilər.
Bizim.Media xəbər verir ki, Tofiq Bəhrəmov adına Respublika stadionunda keçiriləcək qarşılaşmaya artır 10 mindən çox bilet satılıb.
Nəzərə alsaq ki, qadın və uşaqlar, həmçinin Ağdam klubunun forması ilə oyuna gələnlər stadiona pulsuz buraxılacaq o zaman görüşü 20 mindən artıq azarkeşin izləyəcəyi gözlənilir.
Matça ən azı mindən artıq “Sabah” azarkeşinin də gələcəyi ehtimal edilir. Beləliklə oyunu 21 mindən artıq futbol həvəskarının izləyəcəyi gözlənilir ki, bu da mövsümün rekordu ola bilər.
Xatırladaq ki, ölkə kubokunun yarimfinal mərhələsində “Qarabağ” – “Sabah” oyununu 21 min azarkeş izləmişdi. “Qarabağ” – “Sabah” qarşılaşması sabah saat 19-30-da başlayacaq.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 17 Aprel 2026 22:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















