“Qarabağ” “Srvena Zvezda”nın hücumçusu ilə danışıq aparır
Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Qarabağ” futbol klubu transfer bazarında aktivliyini davam etdirir və klubun gündəmində daha bir legionerin olduğu ortaya çıxıb.
Bizim.Media Kipr mətbuatına istinadən xəbər verir ki, “Srvena Zvezda” klubunun hücumçusu Şavi Babika Ağdam klubunun maraq dairəsinə düşüb.
Məlumata görə, 25 yaşlı forvard mövsümün sonunda Serbiya klubundan ayrılmağa hazırlaşır.
Çünki “Srvena Zvezda” Qabon millisinin üzvünü komandada saxlamağı düşünmür. Hazırda Türkiyədə “Fatih Karagümrük”ün heyətində icarə əsasında çıxış edən oyunçu böyük ehtimalla Serbiyaya qayıtmayacaq.
“Srvena Zvezda” Babikanı ucuz qiymətə satmağın əleyhinə deyil. Babika uğrunda mübarizədə “Qarabağ” tək deyil. Kiprin “Omoniya” və Yunanıstanın AEK klubu da futbolçunun durumunu yaxından izləyirlər.
Qeyd edək ki, onun serblərlə müqavilə müddəti 2028-ci ilin yayına qədərdir.
“Qarabağ” son olaraq “Omoniya”dan Jali Muaddibi, “Yurqorden”dən isə Zakaria Savonu transfer edib.
Rəşad Rafiqoğlu, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 29 May 2026 18:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















