Icma.az
close
up
RU
Qarabağ suvarma kanalı yenidən qurulur

Qarabağ suvarma kanalı yenidən qurulur

Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan Prezidentinin imzaladığı “Qarabağ suvarma kanalının yenidən qurulması ilə bağlı tədbirlər haqqında” 15 aprel 2024-cü il tarixli 85 nömrəli Sərəncamının icrasının təmin edilməsi məqsədilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılovun müvafiq əmri ilə yaradılmış İşçi qrupunun onlayn formatda növbəti iclası keçirilib.

Bu barədə "APA-Economics"ə Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətindən bildirilib.

Məlumata görə, iclasda İşçi qrupunun rəhbəri Rafiq Aslanov çıxış edərək bildirib ki, ölkənin ən böyük magistral suvarma kanalı olan Qarabağ suvarma kanalı Qarabağ zonası və ona yaxın ərazilərdə yerləşən 9 rayonun ümumilikdə 115 min hektaradək əkin sahəsini suvarma suyu ilə, yaşayış məntəqələrini isə məişət suyu ilə təmin edir. O, həmçinin Araz çayı üzərində yerləşən Bəhrəmtəpə hidroqovşağına əlavə su ötürülməsi hesabına müvafiq əkin sahələrinin su təminatına dəstək göstərildiyini, lakin, kanal torpaq məcralı olduğundan, onun istismarında çətinliklər yaranması ilə yanaşı, həm də ildə təxminən 300 milyon m³ su itkisi yaranması səbəbindən vegetasiya dövründə su təminatının ödənilməsində müəyyən çətinliklər yarandığını bildirib.

O, həmçinin, Sərəncamın icrası çərçivəsində Qarabağ suvarma kanalının yenidən qurulmasının podratçı təşkilatlar tərəfindən uğurla icra olunduğunu, icra prosesində yaranan məsələlərin İşçi qrupunun üzvləri ilə birgə operativ şəkildə həll edildiyini diqqətə çatdıraraq, kanalın yenidən qurulması üzrə layihə-smeta sənədlərinin yekunlaşdıraraq, onun tikintisinin həyata keçirilməsinin zəruriliyini bildirib.

Daha sonra Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan layihə institutu və layihəyə cəlb edilmiş PROYAPI və TEMELSU şirkətlərinin mütəxəssisləri tərəfindən birgə hazırlanmış layihə sənədlərinin cari vəziyyəti barədə təqdimat keçirilib. Təqdimatda Qarabağ suvarma kanalının 26 km-lik 1-ci hissəsinin layihə-smeta sənədlərinin yekunlaşmaq üzrə olduğu bildirilərək, Qarabağ, Mil və Muğan düzlərində aqrar-sənaye komplekslərinin inkişaf perspektivləri nəzərə alınmaqla layihənin mümkün variantlarının araşdırılmasının tamamlandığı vurğulanıb.

İşçi qrupunda Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ilə yanaşı təmsil olunan Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Mingəçevir və Yevlax şəhərlərinin, eləcə də Bərdə, Tərtər, Ağcabədi, Ağdam, Beyləqan və İmişli rayonlarının icra hakimiyyətlərinin nümayəndələri də iclasda çıxış edərək layihənin vaxtında və peşəkar şəkildə hazırlandığını bildirərək öz rəy və təkliflərini səsləndiriblər.

Sonda İşçi qrupunun rəhbəri qeyd edib ki, Qarabağ suvarma kanalının birinci mərhələsi, yəni 26 kilometrlik hissənin bu ilin birinci yarısında yekunlaşdırılması və aidiyyəti qurumlardan müvafiq rəylərin alınması nəzərdə tutulmuşdur. Ümumilikdə Qarabağ suvarma kanalının layihə-smeta sənədlərinin ilin sonunadək tam başa çatdırılması planlaşdırılır. Birinci mərhələ üzrə tikinti işlərinə isə 2026-cı ilin ikinci yarısında başlanılması nəzərdə tutulur. Tikintinin başa çatdırılması ilə kanalın xidmət göstərdiyi ərazilərdə su təminatının yaxşılaşdırılması ilə yanaşı, həm də ətraf ərazilərin ekoloji və meliorativ vəziyyətinə də müsbət təsir göstəriləcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:207
embedMənbə:https://apa.az
archiveBu xəbər 04 Fevral 2026 14:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see514

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see475

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see347

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see335

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see273

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see268

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see258

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see253

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see250

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see235

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see231

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see228

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see227

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see226

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see214

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see205

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see201

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see195

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see169

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri