“Qarabağ” tarix yazdı: “Çelsi” ilə rekordlarla yadda qalan oyun
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 6 noyabr, AZƏRTAC
“Qarabağ” UEFA Çempionlar Liqasının (ÇL) əsas mərhələsində İngiltərənin “Çelsi” komandası ilə 2:2 hesablı heç-heçə edərək tarixi nəticəyə imza atıb.
AZƏRTAC xəbər verir ki, Ağdam klubu İngiltərə təmsilçilərinə qarşı keçirdiyi oyunlarda ilk dəfə xal əldə edib.
Buna qədər Qurban Qurbanovun yetirmələri ingilis komandaları ilə keçirdikləri 6 matçın hamısında məğlub olub və həmin görüşlərdə cəmi 1 qol vurublar.
Matç həm də bir sıra statistik göstəricilərlə yadda qalıb. “Çelsi” bu qarşılaşmada ÇL tarixində səfərdə ən gənc heyətlərdən birini meydana buraxıb. London təmsilçisinin start “11-liy”inin orta yaşı 23 yaş 97 gün olub. Bu göstərici ilə londonlular yalnız 2009-cu ilin dekabrında “Arsenal”ın “Olimpiakos”la səfər oyunundakı rekordundan (21 yaş 215 gün) geri qalıb.
Eyni zamanda, “Çelsi”nin gənc hücumçusu Estevao da tarixi nəticəyə imza atıb. O, 18 yaş və ya daha gənc oyunçular arasında ardıcıl iki ÇL oyununda qol vuran ilk Cənubi amerikalı futbolçu olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:23
Bu xəbər 06 Noyabr 2025 11:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















