Icma.az
close
up
RU
Qarabağ tarixində 12 ci, ardıcıl 4 cü dəfə çempion oldu!

Qarabağ tarixində 12 ci, ardıcıl 4 cü dəfə çempion oldu!

Icma.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.

Sabah (Bakı) - Qarabağ (Ağdam) 1:1 (0:1)
92. Stas Pokatilov - 5,5
9. Anatoli Nuriyev - 6,0
6. Abdulax XaybulaYev - 5,5
88. Xəyal Əliyev - 5,5
(12. Vinsent Til, 79) - qiymətsiz
32. Elgün Dünyamalıyev - 5,0
(17. Tellur Mütəllimov, 46) - 5,0
7. Boyan Letiç - 6,5
20. Coy-Lens Mikels - 5,5
(70. Cesse Sekidika, 62) - 5,0
18. Pavol Şafranko (k) - 5,5
40. İqor Noqeyra - 5,5
3. Con İrasabal - 5,0
(5. Rəhman Daşdəmirov, 46) - 5,0
13. İvan Lepinitsa - 5,0
(8. Ayaz Quliyev, 62) - 5,0
Ehtiyat oyunçular
55. Nicat Mehbalıyev
89. Rauf Əyyubov
10. Namik Ələskərov
15. Seymur Məmmədov
33. Umarali Raxmonaliyev
Baş məşqçi: Vasili Berezutski
Komandanın ən yaxşısı: Boyan Letiç
97. Fabian Buntiç - 5,5
55. Bədavi Hüseynov (k) - 5,5
30. Abbas Hüseynov - 5,5
(27. Toral Bayramov, 90+1) - qiymətsiz
24. Aleksey İsayev - 5,5
(90. Nəriman Axundzadə, 90+1) - qiymətsiz
22. Musa Qurbanlı - 5,0
29. Marko Veşoviç - 5,5
81. Kevin Medina - 5,5
66. Patrik Andrade - 5,5
19. Redon Cica - 6,5
(10. Abdulla Zubir, 78) - qiymətsiz
21. Aleksey Kaşuk - 5,0
(15. Leandro Andrade, 78) - 5,0
11. Emmanuel Addai - 6,0
(9. Kadi Borges, 85) - qiymətsiz
Ehtiyat oyunçular
99. Mateuş Koxalski
12. Sadiq Məmmədzadə
13. Bəhlul Mustafazadə
44. Elvin Cəfərquliyev
7. Yassin Benzya
8. Marko Yankoviç
2. Mateus Silva
Baş məşqçi: Qurban Qurbanov
Komandanın ən yaxşısı: Redon Cica
Qollar: R.Cica, 42-p. (0:1). B.Letiç, 73 (1:1, A.Nuriyev).
Vərəqələr: C.İrasabal, 40 (qeyri-idman hərəkəti). M.Qurbanlı, 46 (qeyri-idman hərəkəti). B.Letiç, 59 (qeyri-idman hərəkəti). A.İsayev, 64 (qeyri-idman hərəkəti). A.Hüseynov, 84 (qeyri-idman hərəkəti) - sarı.
Hakimlər: TURAL QURBANOV, Asiman Əzizli, Rəhman İmami, Əli Əliyev (hamısı Bakı).
VAR hakimi: Elçin Məsiyev (Bakı).
VAR hakiminin köməkçisi: Pərvin Talıbov (Bakı).
Hakim-inspektor: Ömər Paşayev (Bakı).
AFFA nümayəndəsi: Zümrüd Ağayeva (Bakı).
27 aprel. Bakı. "Bank Respublika Arena". 3960 tamaşaçı (8600 yerlik).
Birinci hissəyə 1, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,5.
Tarixində 12-ci dəfə çempion olmaq niyyəti ilə Masazıra yollanan "Qarabağ" Berezutskinin rəhbərliyi altında bu rəqibə uduzmayan "Sabah"ın qonağı oldu.

Təbii ki, Qurban Qurbanovun komandası qələbə qazanmaqla çempionluğunu taclandırmaq və rusiyalı mütəxəssislə bağlı tilsimi qırmaq istəyərdi. Lakin hər iki komandanın aprelin 23-də ölkə kuboku çərçivəsində keçirilən matçlarda xeyli güc sərf etməsi heyətdə rotasiyaların edilməsinə səbəb olmaqla yanaşı, əvvəldən sona qədər eyni tempdə peformans sərgilənməsinə imkan vermədi. Buna rəğmən, həm meydan sahiblərinin, həm də qonaqların baxımlı oyun göstərmək üçün əlindən gələni əsirgəmədiyini deməliyik. Elə 5-ci dəqiqəyə yenicə qədəm qoymuşduq ki, Kaşuk Letiçin səhvi üzündən ələ keçirdiyi topu uzun reydin ardından Musaya çatdırdı. Gənc hücumçu dərhal cərimə meydançasına ötürmə verdi. Burda Cica "aşırma” zərbəsi ilə "çərçivə"ni dəqiq nişan alsa da, qol sayılmadı. Sən demə, Musa bayaqkı epizodda topun meydançanı tərk etməsinin qarşısını ala bilməyib. O başqa məsələ ki, nə kameralarla, nə də açıq gözlə görünənlərdən bu haqda konkret qərar vermək çox çətindi. İstənilən halda, yan xətt hakiminin ədalətinə arxalanmağa məcburuq. Növbəti təhlükəli epizodu da "Qarabağ"ın ifasında izlədik. Bu dəfə Addainin yöndəmsiz zərbəsinə şahidlik etdik ki, Pokatilov üçün komandasını qoldan xilas etmək su içmək qədər asan oldu.
"Sabah"ın hesabı açmaq yönündə ilk cəhdi 31-ci dəqiqədə gerçəkləşdi. Burda ardıcıl iki dəfə bəxtini sınayan "bayquşlar" istəyinə çata bilmədi. Dəqiq desək, əvvəl Lepinitsa topu boş qapıya göndərmək eşqinə düşsə də, Alekseyin kritik müdaxiləsinə tuş gəldi. Ardından Mikels Xəyalın uzaqdan cərimə meydançasına göndərdiyi "kürə"ni Buntiç üzündən tora qovuşdura bilmədi. Bir qədər sonra fəallaşan "köhlən atlar" yenidən Masazır təmsilçisinə həyəcan yaşatdı. Bu dəfə Addai meydançanın, demək olar ki, bu başından o başına qədər təkbaşına irəliləyəndən sonra fürsət gözləyən Kaşuka ötürmə etmək əvəzinə 6 rəqib futbolçu tərəfindən mühasirəyə alınmasına baxmayaraq, son nöqtəni özü qoymaq istədi. Qanalı qeyri-dəqiq zərbə vurduğundan "Qarabağ" daha bir şansı boşa verdi. 39-cu dəqiqədə "bayquşlar" fərqlənə bilərdi. Ancaq Anatoli Buntiçi "nişan aldı". Meydan sahiblərinin sonuncu hücumuna tutatlı cavab verməkdə maraqlı olan qonaqlar dərhal önə atıldı ki, penalti qazandılar. Buna İrasabalın cərimə meydançası daxilində Cicanın ötürdüyü topu qarşılamaq istəyən Musaya qarşı kobudluq etməsi səbəb oldu. 42-ci dəqiqədə Tural Qurbanov "nöqtə"ni göstərməklə, Cica isə penaltini dəqiq yerinə yetirməklə "Qarabağ"ı sevindirdi. Nəticədə ağdamlılar fasiləyə öndə yollandı.
İkinci hissədə gözləntilərin doğrulmadığını, xüsusilə, "köhlən atlar"ın alışdığımız ardıcıl, sürətli və tutarlı hücumları sıralamaqda çətinlik çəkdiyini deməliyik. Təbii ki, ağdamlıların bu baxımdan qıtlıq çəkməsi "bayquşlar" üçün ideal fürsət idi. Əlbəttə, meydan sahibləri rəqibin bir qədər yorğun görünməsindən faydalanmaqla hesabı bərabərləşdirə, hətta ikinci qolu da vura bilərdi. Lakin "Sabah" yalnız cavab qoluyla kifayətləndi. Letiç 73-cü dəqiqədə Anatolinin ötürdüyü topu qapının uzaq küncünə göndərməklə indiyəqədərki uğursuzluqlarını unutdurdu. Belədə təzyiqi artıran "Sabah"ın növbəti hücum cəhdi də özünü çox gözlətmədi - 78-ci dəqiqədə Noqeyranın zərbəsi yöndəmsiz alındı. Bir qədər sonra Musa komandasını hesabda önə çıxara bilərdi ki, qeyri-dəqiq oldu. Gənc hücumçu 86-cı dəqiqədə də eyni səhvi təkrarladı. Sadəcə, bu dəfə daha kobud mənzərə yarandı - qapıçıyla üz-üzə qalan Qurbanlı topu yaxın məsafədən "səmaya göndərdi". Hesabın sona qədər dəyişməməsi "Qarabağ"ın tarixində 12-ci, ardıcıl 4-cü dəfə ölkə çempionu olmasıyla nəticələndi. Və bəli, Vasili Berezutski Qurban Qurbanovun məğlub edə bilmədiyi yeganə baş məşqçi statusunu itirmədi.
Gözdən qaçmadı
* Qurban Qurbanov Cicanın qolunun sayılmamasının haqsız qərar olduğunu düşündü. Mütəxəssis əl işarəsiylə topun meydandan çıxmadığını göstərmək məqsədilə Əli Əliyevə yaxınlaşmaq istəsə də, dördüncü hakim ondan yerinə qayıtmağı tələb etdi.
* Final fiti səslənən kimi Berezutski Qurbanova yaxınlaşıb çempionluq münasibətlə təbrik etdi. Həmçinin Şafranko komanda yoldaşlarını ətrafına toplayıb "Qarabağ"ın futbolçularıyla tək-tək görüşdürdü və təbriklərini çatdırdılar.
* Təbii ki, hər kəs "İmarət Tayfa" və "Qarabağ Ordu"nun əlamətdar hadisəni daha böyük sevinclə qeyd edəcəyini düşünürdü. Lakin nəinki azarkeşlər, futbolçular belə hansısa maraqlı davranış sərgiləmədi. Görünür, "Qarabağ" camiəsi sevincini komandanın sonuncu ev oyununa saxlayıb.
* Qurban Qurbanov paltardəyişmə otağında bütün futbolçularla əl görüşüb, təbrik etsə də, Bəhlul Mustafazadə ilə soyuq münasibəti diqqətdən yayınmadı. Mütəxəssis futbolçunun üzünə belə baxmadı.
KƏNAN BAHADIR

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:208
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 01 May 2025 13:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see320

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see270

Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə

24 Sentyabr 2026 03:04see226

Sensasion kəşf: Qalaktikamızın ən təhlükəli yerində su tapıldı

24 Sentyabr 2026 00:23see223

Ceyhun Bayramov: TRIPP regionda yeni imkanlar yaradacaq

24 Sentyabr 2026 03:00see220

Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir

24 Sentyabr 2026 03:03see218

Bu heyətlə çempionluq Ay qədər uzaqdır “Yunayted”in əfsanəsi

24 Sentyabr 2026 00:33see217

Millimiz Kəpəz lə qarşılaşacaq

23 Sentyabr 2026 20:52see217

Beş il sonra nə baş verəcək? Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ

24 Sentyabr 2026 03:36see213

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see213

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see210

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see200

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see198

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see192

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see190

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see181

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see178

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see178

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see177

Yeni yaranan planet aşkarlandı

23 Sentyabr 2026 22:47see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri