Qarabağ təlim məşq toplanışı üçün Avstriyaya yollanıb
Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində mübarizə aparacaq "Qarabağ" klubu hazırlıqlarını Avstriyada davam etdirəcək.
Oxu.Az xəbər verir ki, Qurban Qurbanovun başçılıq etdiyi komanda burada dörd yoxlama matçına çıxacaq.
İyulun 7-də keçiriləcək ilk görüşdə rəqib Xarkovun "Metallist" klubu olacaq. Qarşılaşma yerli vaxtla saat 17:30-da (Bakı vaxtı ilə 19:30-da) başlayacaq.
İyulun 11-də "Qarabağ" "Tvente" ilə iki görüşə çıxacaq. Niderland təmsilçisi ilə oyunlar yerli vaxtla saat 15:00 və 17:15-də (Bakı vaxtı ilə 17:00 və 19:15-də) start götürəcək.
İyulun 15-də toplanışın son matçında rəqib "Zalsburq" (Avstriya) olacaq. Görüş yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə 20:00-da) başlayacaq. Qarşılaşmaların dördü də Kaprun stadionunda keçiriləcək.
Hazırlığa iyunun 18-də Bakıda start verən "Qarabağ" iyulun 2-dən 16-dək Avstriyada təlim-məşq toplanışı keçirəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 02 İyul 2025 12:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















