“Qarabağ” təsdiqlədi: “Sevilya” Juninyo üçün təklif göndərib Yeni Çağ Media
Yenicag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Bəli, “Sevilya”dan Olavio Juninyo ilə bağlı rəsmi təklif almışıq”.
Yenicag.az xəbər verir ki, bunu “Qafqazinfo”ya açıqlamasında “Qarabağ”ın direktoru Emrah Çelikel deyib.
İspaniya təmsilçisinin Ağdam klubunun futbolçusuna elçi düşməsini şərh edən klub rəsmisi bildirib:
“Juninyonun klubumuz üçün çox önəmli futbolçu olduğu hər kəsə məlumdur. Hazırda edilən təkliflə ümumiyyətlə, razılaşmırıq. Çünki həm qış transfer dönəmində istənilən futbolçunu transfer etmək olmur, həm də Juninyo bizim üçün vacib oyunçudur. Amma sevindirici haldır ki, “Sevilya” kimi məşhur klub “Qarabağ”ın futbolçusuna maraq göstərir və bunu edərkən bizə qarşı böyük ehtiram sərgiləyir. Amma reallığa baxanda, bugünkü gündə transferə razılıq verməmişik”.
www.yenicag.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 17 Dekabr 2024 23:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















