Icma.az
close
up
RU
“Qarabağ” “Turan Tovuz”dan bütün məğlubiyyətlərin acığını çıxdı

“Qarabağ” “Turan Tovuz”dan bütün məğlubiyyətlərin acığını çıxdı

Footbal-plus saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Turan Tovuz - Qarabağ (Ağdam) 1:4 (1:2)
1. İvan Konovalov - 5,0 
17. Rəhim Sadıxov - 5,5 
(10. Xəyal Nəcəfov, 90+2) - qiymətsiz
88. Faiq Hacıyev - 5,5 
(77. Veysəl Rzayev, 76) - qiymətsiz
11. Ayxan Hüseynov - 5,5 
(19. Orxan Əliyev, 76) - qiymətsiz
7. İsmayıl Zülfüqarlı - 5,0 
9. Kristian da Silva - 5,0 
23. Alexandro Serrano - 5,0 
(29. Anton Kraçkovski, 90+2) - qiymətsiz
15. Emmanuel Hakman (k) - 5,0 
32. Hayderson Urtado - 5,0
(6. Araş Qaderi, 70) - 4,5 
40. Kauan Martins - 5,0 
21. Aleks Souza - 6,0
Ehtiyat oyunçular
41. Sergey Samok
71. Mehman Hacıyev
39. Sadiq Quliyev
33. Eltun Turabov
8. Tural Bayramlı
13. Fərid Yusifli
44. Rüfət Əhmədov
Baş məşqçi: Kurban Berdıyev
Komandanın ən yaxşısı: Aleks Souza 
99. Mateuş Koxalski - 5,5 
55. Bədavi Hüseynov (k) - 5,0 
24. Aleksey İsayev - 5,5 
44. Elvin Cəfərquliyev - 5,5 
(27. Toral Bayramov, 90+2) - qiymətsiz
90. Nəriman Axundzadə - 6,0 
(22. Musa Qurbanlı, 90) - qiymətsiz 
10. Abdulla Zubir - 6,0 
(11. Emmanuel Addai, 90+2) - qiymətsiz
81. Kevin Medina - 5,5 
66. Patrik Andrade - 5,5 
(7. Yassin Benzya, 90) - qiymətsiz
9. Kadi Borges - 6,5 
2. Mateus Silva - 5,5 
15. Leandro Andrade - 5,5 
(21. Aleksey Kaşuk, 90) - qiymətsiz
Ehtiyat oyunçular
97. Fabian Buntiç
12. Sadiq Məmmədzadə
30. Abbas Hüseynov
13. Bəhlul Mustafazadə
29. Marko Veşoviç
8. Marko Yankoviç
19. Redon Cica
Baş məşqçi: Qurban Qurbanov
Komandanın ən yaxşısı: Kadi Borges
Qollar: K.Borges, 15-p. (0:1). A.Souza, 30 (1:1, A.Hüseynov). N.Axundzadə, 32 (1:2, A.Zubir). K.Borges, 84 (1:3, A.Zubir). A.Kaşuk, 90+2 (1:4, Y.Benzya).
Vərəqələr: F.Hacıyev, 32 (qeyri-idman hərəkəti). P.Andrade, 35 (qeyri-idman hərəkəti). E.Hakman, 45+2 (qeyri-idman hərəkəti). K.Silva, 58 (qeyri-idman hərəkəti). A.Qaderi, 80 (hakimin qərarına etiraz) - sarı. 
Hakimlər: CAVİD CƏLİLOV, Müslüm Əliyev, Eyyub İbrahimov, Əli Əliyev (hamısı Bakı).
VAR hakimi: Rauf Allahverdiyev (Bakı).
VAR hakiminin köməkçisi: Kamran Bayramov (Bakı).
Hakim-inspektor: Vüsal Əliyev (Bakı).
AFFA nümayəndəsi: Elman Musayev (Bakı).
28 mart. Tovuz. Şəhər stadionu. 6500 tamaşaçı (6800 yerlik).
Oyunun qiyməti: 7,0.
Martın 28-də “Turan Tovuz” üçün əlamətdar bir hadisə baş verdi. Tovuz şəhər stadionunda yeni inşa olunan əsas korpus binasının açılış mərasimi keçirildi. Deməli, “Turan Tovuz”un bayrama bayram qatmaq imkanı var idi. Üstəlik cari mövsümdə ağdamlılar tovuzluları məğlub edə bilməmişdi. Bu komandaların duelində iki qələbə və bir heç-heçə qeydə alınmışdı. Təbii ki, “Qarabağ” bu seriyaya son qoymaq istəyirdi. “Turan Tovuz”un niyyəti isə “Araz-Naxçıvan”la aradakı xal fərqini “əritmək” idi.
“Qarabağ” oyun başlar-başlamaz hesabı açmağa yaxın oldu. Patrikdən ötürmə alan Kadi saxlamadan zərbə endirsə də, top qapı dirəyinə tuş gəldi. 4 dəqiqə sonra “Turan Tovuz” “Qarabağ”ın qapısına yol tapmağı bacarsa da, qol qeydə alınmadı. VAR-da da epizodu izləyən Cavid Cəlilov Ayxan Hüseynovun topu ram edərkən əllə oynadığını bildirdi.
15-ci dəqiqədə artıq Hakman əllə oynadı. Onun Nərimanın baş zərbəsini qaytarmaq istəyərkən yol verdiyi ehtiyatsızlıq penalti ilə nəticələndi.
Topun arxasına keçən Kadi dəqiq zərbə ilə hesabı açdı. 25-ci dəqiqədə Ayxan növbəti dəfə diqqət mərkəzinə düşdü. Yox, bu dəfə əllə oynamadı. Sadəcə, onun ötürməsindən sonra qapıya yol tapan Rəhim Sadıxov ofsaydda idi. Yarım satin tamamında tovuzlular artıq qaydalar çərçivəsində fərqləndi. Ayxan Hüseynovun kornerdən qapı qarşısına ötürməsini Aleks Souza başla tamamladı - 1:1.
Amma meydan sahibləri bu hesaba çox sevinə bilmədi. 32-ci dəqiqədə Faiq Hacıyevin sərt müdaxiləsindən sonra Kadi yerdə qaldı. Top “Qarabağ”ın oyunçularında olduğuna görə baş hakim “davam” dedi. Topu cərimə meydançasına kimi daşıyan Zubir Nərimana ötürmə verdi ki, Axundzadə də yaxın küncə dəqiq zərbə ilə topu tora qovuşdurdu - 1:2. Bəlkə də bu, oyunun qırılma nöqtəsi oldu. Hesabda geri düşən “Turan Tovuz” artıq 2-ci hissədə daha çox hücum etməyə məcbur idi. “Qarabağ”a da elə bu, yəni hərəkət azadlığı, boş zonalar lazım idi. 84-cü dəqiqədə ağdamlılar fərqi artırdı. İsmayıldan yayınan Kadi cərimə meydançasına daxil olub Zubirə ötürmə verdi. Zubir topu yenidən Kadiyə qaytardı ki, braziliyalının yumşaq və dəqiq zərbəsindən sonra top tora daxil oldu. Son dəqiqələrdə oyuna yenicə qoşulan futbolçular fərqi darmadağın həddinə çatdırdı.
Benzyadan ötürmə alan Kaşuk xeyli irəliləyib topu qapıdan keçirə bildi. 
Beləliklə, cari mövsümdə sonuncu dəfə qarşılaşan komandaların duelində “Qarabağ”, nəhayət, qələbə qazana bildi.
Gözdən qaçmadı
* Oyundan öncə “Turan Tovuz”un İdarə Heyətinin sədri Ehtiram Quliyev müşaviri Oqtay Abdullayevə 70 illik yubileyi münasibəti ilə komandanın 70 nömrəli formasını bağışladı.
* “Ultras Turan” hakimə müraciətlə “Cavid, “Qarabağ”ın formasını geyin” dedi.
* “Qarabağ” hesabı açarkən “İmarət Tayfa” pirotexniki vasitələrdən yararlandı.
* Elçin Rəhmanov hakimin qərarına etiraz etdiyinə görə “sarı” aldı.
ƏSƏD SEYİDOV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 06 Aprel 2025 18:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see234

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see202

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see181

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see154

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see131

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see131

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see131

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri