“Qarabağ” üçün avroliqada 100cü matç balans dəyişə bilər İdman və Biz
Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Qarabağ” bu gün Avropa Liqasının Liqa mərhələsində Fransa “Lion”una qarşı oyuna çıxacaq. Bu, çempionumuzun qitə turnirlərində 187-ci qarşılaşması olacaq.
İdman.biz 5-ci tur matçı ərəfəsində komandamızın qitə yarışlarında statistik göstəricilərini nəzərdən keçirib.
Komandamız indiyədək qitə arenasında 186 rəsmi matça çıxıb. Bu oyunlarda qələbə və məğlubiyyətlərin sayının bərabər olduğu (70) Ağdam klubu Avropa Liqasında daha iddialı davam üçün güclü rəqibə qarşı matçda bu balansı öz xeyrinə dəyişməyə, ən azından mənfiyə düşməməyə çalışacaq. Buraxılan qollarsa, hələ ki, vurulanlardan çoxdur – 225-241.
Komandamızın statistik göstəricilərində əlamətdar hallar Avropa Liqasında çıxışı ilə bağlıdır. Bu turnirdə indiyədək 99 oyunda iştirak etmiş komandamız Avropa Liqasında indi 100-cü matçına çıxacaq. 119 dəfə rəqib qapısına yol tapan “Qarabağ” matçda fərqləndiyi halda 120-ci qolunu vuracaq.
Komandamız 99 oyunda 37 qələbə qazanıb, 22 heç-heçə edib, 40 dəfə uduzub. Buraxdığı qolların sayı isə 132-dur.
Vüqar Məmmədov
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 28 Noyabr 2024 10:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















